Süni intellekt və maşın öyrənməsi üzrə modellərin hazırlanması və tətbiqi üçün Python və PyTorch bacarığı tələb olunur.
Süni intellekt mühəndisi
Vakansiya haqqında
Öhdəliklər:
- Kompüter görməsi və dərin öyrənmə modellərinin hazırlanması
- Elmi tədqiqatların aparılması və elmi ədəbiyyatdan əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması
- Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı
- Tədqiqat, avtomatlaşdırma və intellektual tətbiqlər üçün AI agentlərinin və alət əsaslı iş axınlarının dizayn edilməsi və inteqrasiyası
- Təmiz, səmərəli, saxlanılması asan, test edilə bilən və production səviyyəli kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi
- Bulud və GPU əsaslı infrastrukturdan istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi və istismar edilməsi
- İstifadədə olan sistemlərdə maşın öyrənmə modellərinin performansının və effektivliyinin təhlili
- Mövcud modellərin və framework-lərin dəqiqliyinin, dayanıqlılığının və hesablama səmərəliliyinin təkmilləşdirilməsi
- Yüksək keyfiyyətli data dəstlərinin yaradılması və saxlanılması, o cümlədən datanın yoxlanılması, etiketlənməsi, validasiyası və təmizlənməsi
Tələblər:
- Kompüter elmləri, süni intellekt, mühəndislik, riyaziyyat və ya oxşar texniki sahələrdə təhsil
- Yüksək səviyyədə Python proqramlaşdırma biliyi
- İnkişaf etməkdə olan AI texnologiyalarını araşdırmaq, onlar üzrə eksperimentlər aparmaq və tənqidi qiymətləndirmək bacarığı
- Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması, təsvirlərin klassifikasiyası, generativ modelləşdirmə və əlaqəli kompüter görməsi tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər
- Dərin öyrənmə kitabxanaları ilə güclü praktiki bilik və kodlaşdırma təcrübəsi (xüsusilə PyTorch)
- Model təlimi, qiymətləndirilməsi, optimallaşdırılması və xəta analizi üzrə yaxşı anlayış
- Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət
- Modulyar dizayn, test etmə, versiya nəzarəti və clean code prinsipləri daxil olmaqla güclü proqram mühəndisliyi bilikləri
Üstünlük verilən bacarıqlar:
- Peyk təsvirləri, məsafədən müşahidə və ya geoməkan Sİ ilə iş təcrübəsi arzuolunandır
- Amazon AWS, Google Cloud və ya Microsoft Azure kimi bulud əsaslı həllər ilə təcrübə
- Foundation models, Vision-Language Models, multimodal AI və ya generative AI ilə iş təcrübəsi
- AI agentləri, tool calling, RAG və ya agentic workflows ilə tanışlıq
- Docker, MLOps, model serving və ya GPU əsaslı infrastruktur ilə iş təcrübəsi
- GDAL, Rasterio, GeoPandas və ya oxşar geospatial alət və kitabxanalar ilə tanışlıq
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 sentyabr 2026
Son tarix
18 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
29
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. AI mühəndisi üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
adətən bu qədər ödəyirlərnadir hallarda
17 açıq vakansiya, 14 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
AI mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Azercosmos
Telecommunications · Baku
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAI mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Səsli botlar və danışıq analitikası üzrə AI mühəndisliyi edir, Python bilik tələb olunur.
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib
Müxtəlif AI layihələrdə işləyir, Python və maşın öyrənmə bacarıqları tələb olunur.
Maaş göstərilməyibSon gün
AI layihələrinin həyata keçirilməsini idarə edir və Python, ML bilikləri tələb olunur




