Süni intellekt üzrə aparıcı mühəndis (LLM / NLP)

Unibank

Vakansiya haqqında

Təsvir
  • Biznes ehtiyaclarına uyğun süni intellekt və maşın öyrənməsi həllərinin hazırlanması;
  • Mətn və digər strukturlaşdırılmamış verilənlərin emalı və təhlili;
  • LLM (Large Language Models) əsaslı həllərin hazırlanması və mövcud sistemlərə inteqrasiyası;
  • Verilənlər toplusunun (dataset-lərin) hazırlanması, təmizlənməsi və modelləşdirmə üçün uyğunlaşdırılması;
  • Modellərin test edilməsi, nəticələrinin qiymətləndirilməsi və optimallaşdırılması;
  • Süni intellekt modellərinin REST API və mikroservislər vasitəsilə tətbiqlərə inteqrasiyası;
  • Hazırlanmış həllərin performansının, dəqiqliyinin və etibarlılığının monitorinqi və təkmilləşdirilməsi;
  • Texniki sənədləşmənin hazırlanması və kod keyfiyyəti standartlarına riayət olunması;
  • Süni intellekt sahəsində yeni texnologiyaların və yanaşmaların araşdırılması və tətbiqi.
Tələblər
  • Ali təhsil (Kompüter mühəndisliyi, kompüter elmləri, tətbiqi riyaziyyat və ya digər əlaqəli ixtisaslar üzrə);
  • Süni intellekt, maşın öyrənməsi, verilənlər elmi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Python proqramlaşdırma dilini yüksək səviyyədə bilmək;
  • NLP (Natural Language Processing) və mətn emalı üzrə praktiki təcrübə;
  • LLM modellərinin fine-tuning, LoRA və quantization metodları üzrə təcrübə;
  • Vektor verilənlər bazaları (Vector Databases) ilə işləmək bacarığı;
  • Açıq mənbəli LLM və NLP modelləri ilə iş təcrübəsi;
  • Mətn və səs verilənlərinin emalı prinsipləri üzrə bilik və ya praktiki təcrübə;
  • PyTorch, TensorFlow və ya oxşar maşın öyrənməsi framework-lərindən ən azı biri ilə iş təcrübəsi;
  • Hugging Face Transformers, spaCy və ya oxşar kitabxanalarla işləmək bacarığı;
  • LLM, Prompt Engineering, Embeddings və RAG (Retrieval-Augmented Generation) yanaşmaları üzrə bilik;
  • REST API-lər və mikroservis arxitekturası ilə iş təcrübəsi;
  • SQL və verilənlər bazaları ilə işləmək bacarığı;
  • Maşın öyrənməsi modellərinin qiymətləndirilməsi metodları və metrikləri üzrə bilik;
  • İngilis və ya rus dilini yaxşı səviyyədə bilmək.
Vakansiya haqqında
Son tarix
September 4, 2026
Paylaşılıb
avqust 5, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Dillər
English, Russian

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Birbank
SeniorBakı
Maaş göstərilməyib2 gün qalıb

İnsan müasir maşın öyrənmə texnologiyaları ilə ağıllı sistemlər yaradır, Python proqramlaşdırma bacarığı tələb olunur.

PythonMachine LearningDeep LearningGenerative AI+15
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Süni intellekt üzrə aparıcı mühəndis (LLM / NLP)
Müraciət et