Android mobil tətbiqlərin hazırlanması və dəstəyi üçün Java və Kotlin bilikləri tələb olunur
Android tətbiq inkişaf etdiricisi
Vakansiya haqqında
Namizədə tələblər
- Java və Kotlin proqramlaşdırma dilləri üzrə minimum 2 il praktiki təcrübə;
- Jetpack Compose ilə işləmə bacarığı;
- Google Play Developer Console ilə işləmə təcrübəsi;
- Mövcud source code-u oxuma və anlama bacarığı;
- Android əməliyyat sisteminin iş prinsipləri barədə bilik;
- REST API və JSON istifadə etməklə client-server tipli tətbiqlərin hazırlanması üzrə təcrübə;
- Təqdim olunmuş dizaynların mobil tətbiqə düzgün şəkildə tətbiq edilməsi;
- Network Socket ilə işləmə bacarığı;
- Gradle ilə işləmə təcrübəsi;
- Git versiya idarəetmə sistemi ilə işləmə bacarığı;
- Android UI/UX üzrə biliklər;
- Error tracking sistemləri ilə işləmə təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- İngilis dili – texniki sənədləri oxuyub anlama səviyyəsində.
Vəzifə öhdəlikləri
- Yeni Android mobil tətbiqlərinin hazırlanmasında iştirak etmək;
- Mövcud mobil tətbiqlərin texniki dəstəyini və təkmilləşdirilməsini həyata keçirmək;
- Mobil tətbiqlər üçün tələb olunan API və digər texniki həllərin hazırlanması prosesində digər proqramçılarla əməkdaşlıq etmək;
- Mövcud tətbiqlərin kod strukturunu analiz etmək və zəruri dəyişiklikləri həyata keçirmək;
- Tətbiqlərdə yaranan texniki problemləri müəyyənləşdirmək və aradan qaldırmaq.
Test tapşırığı
Namizədə təqdim olunan test tapşırığını həll etməsi və nəticəni GitHub linki formasında CV ilə birlikdə təqdim etməsi tələb olunur.
Test tapşırığı: https://goo.gl/NHQ2mS
İş şərtləri
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00-18:00
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Nahar: şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
20 ilə yaxın Dünya və Azərbaycan Maliyyə bazarlarında peşəkar investisiya xidmətləri təqdim edən, müddətsiz lisenziyaya malik lnvestAZ investisiya şirkəti, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.
Invest AZ QSC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Java backend proqram təminatı hazırlayır və Spring Framework biliklərinə malikdir.
Mobil tətbiq inkişaf etdirir, Swift və UIKit üzrə baza bilikləri tələb olunur.




