Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin edir və C# və Go dillərində proqramlaşdırma bacarığı tələb olunur.
Backend developer
Vakansiya haqqında
Backend Developer (Junior)
Chingizkhan Technologies komandamıza qoşulacaq məsuliyyətli və inkişaf etməyə həvəsli Backend Developer axtarırıq.
Əgər backend sistemlərinin qurulması, API-lərin hazırlanması və verilənlər bazası ilə işləmək sahəsində praktiki təcrübən varsa və real məhsulların hazırlanmasında iştirak etmək istəyirsənsə, səni komandamızda görmək istərdik.
Vəzifə öhdəlikləri
- Backend servis və REST API-lərin hazırlanması və inkişaf etdirilməsi
- Verilənlər bazasının layihələndirilməsi və optimallaşdırılması
- Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi
- Frontend və üçüncü tərəf servislərlə API inteqrasiyalarının qurulması
- Authentication və Authorization sistemlərinin hazırlanması
- Kodun təhlükəsiz, oxunaqlı və maintainable şəkildə yazılması
- Mövcud problemlərin araşdırılması və həll edilməsi
- Git/GitHub ilə komanda daxilində işləmək
- Texniki həllərin araşdırılması və uyğun yanaşmaların tətbiq edilməsi
Tələblər
- Backend development üzrə praktiki layihə təcrübəsi
- Node.js / TypeScript, Python və ya digər backend proqramlaşdırma dillərindən ən azı birində yaxşı səviyyədə bilik
- REST API yaratmaq və inteqrasiya etmək üzrə təcrübə
- PostgreSQL və SQL ilə işləmə bacarığı
- Git və GitHub-dan gündəlik istifadə təcrübəsi
- Backend arxitekturasının əsas prinsiplərini başa düşmək
- OOP və Clean Code prinsipləri haqqında praktiki anlayış
- API təhlükəsizliyi və authentication məntiqini başa düşmək
- Texniki problemi müstəqil araşdırıb həll edə bilmək
- Komanda daxilində işləmə və texniki məsələləri düzgün kommunikasiya etmək bacarığı
Üstünlük hesab olunur
- NestJS / Express.js / FastAPI / Django təcrübəsi
- TypeScript üzrə güclü bilik
- Docker ilə işləmə təcrübəsi
- Redis ilə işləmə təcrübəsi
- JWT / OAuth təcrübəsi
- AWS və ya digər cloud platformaları üzrə təcrübə
- CI/CD haqqında praktiki bilik
- Mikroservis arxitekturası üzrə təcrübə
- GitHub-da real layihələr və ya portfolio
İş şərtləri
İş formatı: Tam iş günü
İş yeri: Sumqayıt
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Təcrübə və texniki bacarıqlara əsasən müəyyən ediləcək.
Biz nə təklif edirik?
- Yeni və sürətlə inkişaf edən komandada işləmək
- Real məhsulların hazırlanmasında birbaşa iştirak
- Texniki qərarlarda iştirak etmək imkanı
- Yeni texnologiyalarla işləmək və peşəkar inkişaf
- Kiçik komandada yüksək məsuliyyət və ownership
- Gördüyün işin məhsula birbaşa təsirini görmək
QEYD: Üstünlük İT sahəsində təhsil almışlara və Sumqayıt şəhərində yaşayanlara veriləcək.
Müraciət
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Backend developer üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 200 ₼.
18 açıq vakansiya, 87 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Backend developer kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhərindədir.
İş həftəsi 5 günlük, tam iş günüdür.
Əmək haqqı təcrübə və texniki bacarıqlara əsasən müəyyən edilir.
İş tam iş günü formatındadır.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBackend developer üzrə Sumqayıtda digər açıq elanlar.
Backend üzrə Java əsaslı tətbiqlər hazırlayır və Spring Boot təcrübəsi tələb olunur
Back-end proqramçı kimi Java, Spring Boot və mikroservis arxitekturası üzrə təcrübə tələb olunur.
Backend servislər və API-lər hazırlayır, Java və Spring Boot üzrə ən az 4 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ən çox tələb olunan vəzifələr

Azərbaycanda hansı vəzifələrdə süni intellekt bacarıqları tələb olunur?



