Vakansiya haqqında

Texnologiyalarla işləməyi, mürəkkəb problemlərə effektiv həllər tapmağı və keyfiyyətli proqram təminatı yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Backend Developer kimi dəvət edirik.

Bu rolda backend servislərinin və API-lərin hazırlanması, mövcud sistemlərin təkmilləşdirilməsi və yeni funksiyaların həyata keçirilməsində iştirak edəcəksiniz. Müasir texnologiyalardan istifadə edərək performanslı, etibarlı və miqyaslana bilən həllər yaradacaqsınız.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Backend servislərini və API-ləri hazırlamaq və dəstəkləmək.
  • Tech Lead və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli proqram təminatı həlləri təqdim etmək.
  • Ən yaxşı proqramlaşdırma təcrübələrinə uyğun, təmiz, effektiv və yaxşı test edilmiş kod yazmaq.
  • Backend tətbiqlərinin performansını optimallaşdırmaq və etibarlılığını təmin etmək.
  • Verilənlərin səmərəli idarə olunmasını və verilənlər bazası miqrasiyalarını təmin etmək.
  • Proqramlaşdırma, test və deployment proseslərində ən yaxşı təcrübələri tətbiq etmək və onlara riayət etmək.
  • Sistemin dayanıqlılığını təmin etmək üçün production mühitində yaranan problemləri araşdırmaq, sazlamaq və həll etmək.

Tələblər

  • Java Developer kimi ən azı 4 il iş təcrübəsi.
  • Java 8 və daha yuxarı versiyalar üzrə yaxşı bilik.
  • OOP, Design Patterns və Microservice Architecture Patterns üzrə möhkəm biliklər.
  • RESTful servislərlə və Spring Boot ilə iş təcrübəsi.
  • CI/CD prosesləri üzrə təcrübə.
  • RDBMS verilənlər bazaları, xüsusilə Oracle və PostgreSQL ilə iş təcrübəsi.
  • Güclü kommunikasiya bacarıqları; Azərbaycan dilində sərbəst danışıq, ingilis dili biliyi üstünlükdür.
  • Linux üzrə əsas biliklər.
  • Apache Tomcat kimi Web Server-lərlə iş təcrübəsi.
  • Docker və Kubernetes üzrə biliklər.
  • Message Broker texnologiyaları, xüsusilə Apache Kafka və RabbitMQ ilə iş təcrübəsi.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
6 noyabr 2026
HRX ilə müraciət
5
Baxış
333

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Backend developer üzrə bazar adətən 700–1 800 ₼ ödəyir, median — 1 150 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Backend developer kimi öz maaşını yoxla

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

İşə müraciət üçün son tarix 6 noyabr 2026-cı ildir.

Java 8+, Spring Boot, RESTful servis, Oracle və PostgreSQL verilənlər bazaları, Docker, Kubernetes, Apache Kafka və RabbitMQ istifadə olunur.

Azərbaycan dilində sərbəst danışıq tələb olunur, ingilis dili üstünlükdür.

Mentorluq, peşəkar inkişaf, rəqabətli əməkhaqqı, yüksək təminatlı sığorta, korporativ endirimlər və tədbirlər mövcuddur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Backend developer üzrə digər açıq elanlar.

Xsolla
Senior · 6+ ilBakı
Maaş göstərilməyib

Backend sistemləri qurur və saxlayır, Go proqramlaşdırma dilində 6 ildən çox təcrübəsi var.

PostgreSQLMySQLDockerKubernetes+16
Müraciət et
400–1 000₼

Backend sistemlərinin qurulması və API-lərin hazırlanması üzrə təcrübəsi olan Junior Backend Developer axtarılır.

Node.jsTypeScriptPythonREST API+24
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Backend developer
Müraciət et