Vakansiya haqqında

Təsvir

Biz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları (end-to-end) ərsəyə gətirəcəksiniz.

Vəzifə öhdəlikləri

  • Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması;
  • AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və idarə edilməsi;
  • Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi;
  • Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının qiymətləndirilməsi;
  • OpenAI (GPT), Google (Gemini) , Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya olunması;
  • Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi və infrastrukturun buna uyğun tənzimlənməsi;
  • Sistemlərin inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul edilməsi;
  • Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik hesabatlılığın aparılması.

Tələblər

  • Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr üzrə);
  • Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində minimum 3-4 il iş təcrübəsi;
  • Backend: Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə biliklər, mikroservis arxitekturası üzrə dərin biliklər;
  • Frontend: React.js, Next.js framework-ləri ilə zəngin iş təcrübəsi;
  • AI & LLM: LangChain, LlamaIndex və ya bənzər AI framework-ləri ilə iş təcrübəsi;
  • Vector DB: Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search kimi verilənlər bazaları ilə işləmək bacarığı;
  • API & İnteqrasiya: RESTful API və WebSockets texnologiyaları üzrə dərin biliklər;
  • Verilənlər Bazası: PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının layihələndirilməsi;
  • CI/CD konseptləri, Docker və bulud serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı;
  • Versiya Kontrolu: Git və GitHub/GitLab ilə sərbəst işləmə bacarığı.

Üstünlükdür:

  • MLOps alətləri (Kubernetes) haqqında anlayış.
  • Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi.

Vakansiya növü - Tam ştat

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, 107 Svetlana Mammadova str.
Təcrübə
3–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 sentyabr 2026
Son tarix
24 oktyabr 2026
HRX ilə müraciət
7
Baxış
41

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Full stack developer üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

7 açıq vakansiya, 64 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Full stack developer kimi öz maaşını yoxla

Şirkət haqqında

Kontakt Home
Retail · Baku
Kontakt Home — bütün vakansiyalar

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Minimum 3-4 il Full Stack Developer və ya oxşar vəzifədə iş təcrübəsi tələb olunur.

Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində proqramlaşdırma bacarığı tələb olunur.

React.js və Next.js framework-ləri ilə zəngin iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Full stack developer üzrə Bakıda digər açıq elanlar.

Xsolla
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Web tətbiqləri dizayn edir, inkişaf etdirir və saxlayır, Go və ya Python bilikləri tələb olunur.

GolangPythonReactTypeScript+17
Müraciət et
Aerowingo
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Full stack developer kimi kod yazmaq, API-ləri idarə etmək və çoxdilli ünsiyyət bacarığı tələb olunur

SQLREST APIPostmanClaude Code+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Leading full-stack developer (AI)
Müraciət et