React.js və TypeScript istifadə edərək yüksək keyfiyyətli front-end sistemlər hazırlamaq üçün 3 il təcrübə.
JavaScript / Node.js proqramçısı
Vakansiya haqqında
Təsvir
- Edumedia şirkəti təcrübəli JavaScript / Node.js (TypeScript) developer axtarır. Uyğun namizəd təhsil sahəsində istifadə olunan iri həcmli, mövcud web platformaların inkişafında və dəstəklənməsində iştirak edəcək.
Vəzifələr və Məsuliyyətlər
- Node.js və TypeScript (əsasən Express framework) ilə backend tətbiqlər inkişaf etdirmək.
- Mövcud iri layihələrin inkişafında iştirak etmək: yeni funksionallıq əlavə etmək, xətaları aradan qaldırmaq və sistemi dəstəkləmək.
- Layihə tələblərini analiz etmək və kodlaşdırmaq.
- PostgreSQL verilənlər bazası modelini (ORM vasitəsilə) qurmaq və sorğuları optimallaşdırmaq.
- RESTful API-lər dizayn etmək və xarici servislərlə inteqrasiya qurmaq.
- Kodun keyfiyyətini, təhlükəsizliyini və performansını təmin etmək.
- Texniki xətaları araşdırıb həll etmək.
- Komanda daxilində effektiv kommunikasiya qurmaq və code review prosesində iştirak etmək.
Tələblər
- Ən az 3 il Node.js və onun framework-ları ilə iş təcrübəsi.
- TypeScript biliyi.
- Express (və ya bənzər framework) təcrübəsi.
- SQL / PostgreSQL və ORM (TypeORM, Sequelize və bənzəri) təcrübəsi.
- RESTful API-lər yaratmaq və istifadə etmək bacarığı.
- Autentifikasiya və təhlükəsizlik (JWT və s.) barədə anlayış.
- Git və ya bənzər versiya nəzarət sistemlərindən istifadə bacarığı.
- Problem həll etmə və analitik düşünmə bacarıqları.
- Kommunikasiya və komanda işi bacarıqları.
- Yaradıcı və öyrənməyə həvəsli.
Üstünlük sayılır (arzuolunan)
- Real-time funksionallıq (Socket.IO / WebSocket) təcrübəsi.
- Xarici API və ya LDAP / Active Directory inteqrasiyaları təcrübəsi.
- Linux, Docker, PM2 və deployment prosesləri ilə tanışlıq.
- İri həcmli mövcud layihəyə sürətli adaptasiya bacarığı.
İş qrafiki
- Həftənin 5 günü.
- Saat: 09:00 – 18:00.
- Əmək haqqı: təcrübə və iş bacarığından asılı olaraq tənzimlənəcək.
Ünvan
- Bakı şəhəri, Xətai pr. 34, Luxen Plaza.
CV-lərinizi "Node.js Developer" başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə
- Əlaqə nömrələri: (055) 860 90 95 / (012) 496 90 94
- Web səhifə: www.edumedia.az
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Son tarix
7 oktyabr 2026
Şirkət haqqında
Edumedia
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
Yeni və interaktiv xidmət və həllər təminatçısıdır. Edumedia uğurlu beynəlxalq təcrübənin yerli bazara gətirilməsi üzərində işləyir; öz sifarişçisini bir təklif daxilində İT xidmətləri ilə təmin edir; müştərilərinin ehtiyaclarını ətraflı…
Edumedia — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Node.js backend proqram təminatı hazırlayır, Express və NestJS ilə işləmək bacarığı tələb olunur.
Maaş göstərilməyib
Təcrübəli proqram mühəndisi kimi texniki komandaya rəhbərlik edir və tələbələri mentorluq edir.
Maaş göstərilməyib
Back-end proqramçı kimi Java, Spring Boot və AI alətləri üzrə 2 ildən çox təcrübə tələb olunur.




