Müştəri yönümlü tətbiqlərin inkişafını idarə edir və React və TypeScript üzrə təcrübəyə malikdir.
Aparıcı proqramçı (backend C#)
Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Aparıcı proqramçısı vəzifəsi üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır
Vəzifə öhdəlikləri:
- Delphi və C++ Builder ilə yazılmış köhnə sistemlərin təhlili və mövcud funksionallıqların öyrənilməsi
- Legacy kod bazasında zəruri dəyişikliklərin aparılması və texniki dəstəyin göstərilməsi
- Sistemin C# dilində WinForms texnologiyası ilə müasir platformaya keçirilməsi
- Migrasiya prosesində istifadəçi interfeyslərinin və funksionallığın uyğunluğunun təmin edilməsi
- Kodların test olunması, səhvlərin aradan qaldırılması və sənədləşdirilməsi
- Oracle verilənlər bazası və PL/SQL prosedurları ilə işləmə
Tələblər
Tələblər:
- Delphi və C++ Builder ilə işləmə təcrübəsi və mövcud kodlarda dəyişiklik edə bilmək bacarığı
- C# proqramlaşdırma dili və WinForms ilə real layihə təcrübəsi
- Oracle verilənlər bazası ilə işləmə təcrübəsi və PL/SQL bilikləri
- Legacy sistemlərin migrasiyası sahəsində anlayış və təcrübə
- Analitik düşüncə və sənədlərlə işləmə bacarığı
- Komanda daxilində əməkdaşlıq və məsuliyyətli yanaşma
Üstünlük sayılacaq:
- Mövcud sistemlərdə debugging və performans optimizasiyası təcrübəsi
- Versiya nəzarət sistemləri ilə (məs. Git) tanışlıq
- Müstəqil işləmək və təşəbbüskar olmaq bacarığı
Təklif olunur:
- Maraqlı və mühüm layihələr üzərində işləmək imkanı
- Stabil və uzunmüddətli əməkdaşlıq
- Peşəkar inkişaf və dəstəkləyici komanda mühiti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Proqramçı üzrə bazar adətən 850–2 500 ₼ ödəyir, median — 1 100 ₼.
24 açıq vakansiya, 28 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Proqramçı kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqramçı üzrə Bakıda digər açıq elanlar.
CUDA proqramlaşdırma və GPU optimizasiyası üzrə mütəxəssis kimi LLM performansını artırır.
Java və Spring Boot istifadə edərək performanslı və etibarlı backend xidmətləri qurur.
Backend xidmətləri Go dilində qurur və saxlayır, 6 ildən çox proqramlaşdırma təcrübəsi tələb olunur.



