Vakansiya haqqında

Bankımızda biznes proseslərinin təhlili və avtomatlaşdırılması üzrə çalışacaq mütəxəssis axtarırıq. Namizəd avtomatlaşdırma həllərinin hazırlanması, mövcud sistemlərin təkmilləşdirilməsi və müxtəlif texnologiyaların inteqrasiyasında iştirak edəcək.

Vəzifə öhdəlikləri

  • Bank daxili biznes proseslərin təhlili və avtomatlaşdırılması üçün Python (Selenium, Playwright) əsasında həllərin hazırlanması və tətbiqi;
  • Mürəkkəb veb-skreypinq və dinamik brauzer əməliyyatları üçün etibarlı, miqyaslana bilən skriptlərin yazılması;
  • Mövcud avtomatlaşdırma həllərinin (Python və UiPath əsaslı) dəstəklənməsi, optimallaşdırılması və kod səviyyəsində təkmilləşdirilməsi;
  • Hibrid həllərin (UiPath + Python) layihələndirilməsi və inteqrasiyası;
  • Biznes analitik və sistem inteqrasiya komandaları ilə əməkdaşlıq edərək avtomatlaşdırma imkanlarının müəyyən edilməsi;
  • Kodun keyfiyyətini, təhlükəsizliyini və strukturlaşdırılmış sənədləşdirilməsini təmin etmək;
  • Yeni texnologiyaları, Python kitabxanalarını və RPA alətlərini izləmək və tətbiq etmək.

Tələblər

Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;

Python developer rolunda 1+ il təcrübə;

Selenium və/və ya Playwright ilə veb-avtomatlaşdırma və scraping təcrübəsi;

SQL sorğuları və verilənlər bazaları ilə işləmə təcrübəsi;

API inteqrasiyaları (REST, SOAP) üzrə biliklər;

Agile/Scrum mühitində işləmə təcrübəsi.

UiPath platforması üzrə təcrübə (Orchestrator, REFramework);

UiPath Advanced Developer sertifikatı;

Bank və maliyyə sektorunda avtomatlaşdırma layihələrində iştirak təcrübəsi;

Hibrid həllərin (UiPath + Python) inteqrasiyası təcrübəsi;

DevOps və CI/CD mühitində iş təcrübəsi.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Son tarix
26 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
716

Şirkət haqqında

Birbank
Banking · 5,001-10,000 · Bakı
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Python, Selenium, Playwright, UiPath, SQL, REST və SOAP API-lərdən istifadə olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Python developer üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Biznes proseslərinin avtomatlaşdırılması üçün Python proqramlaşdırma və veb-skreypinq bacarıqları tələb olunur.

SeleniumPlaywrightREST APIAgile+11
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Python developer
Müraciət et