Məhsulun keyfiyyətini təmin etmək üçün test planları hazırlayır və avtomatlaşdırılmış testlər aparır, ən azı 1 il təcrübə tələb olunur.
Mobil və web tətbiqlər üzrə keyfiyyətin təminatı mütəxəssisi (QA)
Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda QA mühəndis üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
Təsvir
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Test case-lərin hazırlanması;
- Manual testləri icra etmək;
- Baza səviyyəsində avtomatlaşdırılmış testlərin hazırlanması və icrası;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
Tələblər
- Ali təhsil;
- Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə);
- SQL sorğuları ilə işləmə bacarığı (verilənlər bazasında doğrulama üçün);
- Jira, TestRail test idarəetmə alətləri ilə işləmə;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
18 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
QA mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQA mühəndis üzrə Bakıda digər açıq elanlar.
Mikroservis arxitekturası əsasında API-lərin testini aparır və 2-3 il QA təcrübəsi tələb olunur.
Proqram təminatı testlərini avtomatlaşdırır və JavaScript/Java biliklərinə malikdir.
Sistem analitikinin tapşırıqlarını qəbul edib, web və mobil tətbiqlərin əl ilə sınağını keçirir.




