Veb və mobil tətbiqlərin keyfiyyətini təmin etmək üçün testlər aparır və ən azı 2 il təcrübəyə malikdir.
Mobil və web tətbiqlər üzrə keyfiyyətin təminatı mütəxəssisi (QA)
Vakansiya haqqında
Təsvir
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Test case-lərin hazırlanması;
- Manual testləri icra etmək;
- Baza səviyyəsində avtomatlaşdırılmış testlərin hazırlanması və icrası;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
Tələblər
- Ali təhsil;
- Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə);
- SQL sorğuları ilə işləmə bacarığı (verilənlər bazasında doğrulama üçün);
- Jira, TestRail test idarəetmə alətləri ilə işləmə;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.
Bank Respublika ASC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Mobil və backend sistemlər üçün test strategiyaları hazırlayan və avtomatlaşdırma bacarığı tələb edən senior QA mühəndisi.
Test planları hazırlayır, manual və API testləri keçirir, keyfiyyətə nəzarət edir.
Veb və mobil tətbiqlərin manual testini aparır, proqram təminatı test metodologiyalarını bilir.




