Vakansiya haqqında

Keyfiyyətə önəm verən, test proseslərini öyrənməyə və texnologiya sahəsində inkişaf etməyə həvəsli birisinizsə, sizi komandamıza təcrübə keçməyə dəvət edirik.

Bu rolda proqram təminatının test edilməsi proseslərini öyrənəcək, avtomatlaşdırılmış testlərin hazırlanması və icrasında iştirak edəcək, real layihələr üzərində praktiki təcrübə qazanaraq məhsulların keyfiyyətinin təmin olunmasına töhfə verəcəksiniz.

Əgər öyrənməyə həvəsli, diqqətli və analitik düşüncəyə sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

  • Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil (davam edən və ya tamamlanmış);
  • Java üzrə əsas biliklər (OOP prinsipləri, metodlar və siniflər);
  • UI testlərinin avtomatlaşdırılması üçün Selenium WebDriver üzrə əsas biliklər;
  • API testləşdirməsi üzrə anlayış və Postman ilə işləmə təcrübəsi;
  • API testlərinin avtomatlaşdırılması üçün Rest Assured üzrə əsas biliklər;
  • Git və ya digər versiyaya nəzarət sistemləri üzrə əsas biliklər;
  • SQL üzrə əsas biliklər (SELECT, WHERE, JOIN);
  • Jira, Xray və ya digər test idarəetmə alətləri ilə tanışlıq;
  • Maven və ya Gradle üzrə əsas biliklər;
  • CI/CD prinsipləri haqqında anlayış (Jenkins biliyi üstünlükdür);
  • Manual testləşdirmə üzrə əsas təcrübə;
  • Agile/Scrum metodologiyaları ilə tanışlıq;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Yeni bilikləri tez mənimsəmək və texniki bacarıqları inkişaf etdirmək həvəsi;
  • Problemlərin həllinə yönəlmiş düşüncə tərzi;
  • Həm müstəqil, həm də komanda ilə işləmək bacarığı.
  • Real layihə və tapşırıqlarda iştirak edərək praktiki təcrübə qazanmaq;
  • Peşəkar mütəxəssislərdən öyrənmək və biliklərini təcrübədə tətbiq etmək;
  • Komanda işi, ünsiyyət və problem həlli bacarıqlarını inkişaf etdirmək;
  • Korporativ iş mühitini yaxından tanımaq və karyera maraqlarını müəyyənləşdirmək;
  • Gələcək karyera imkanları üçün Bir ekosisteminin istedad hovuzuna daxil olmaq.
  • Tam iş günü iş rejimində çalışmaq.
  • Avtomatlaşdırılmış test ssenarilərinin yazılması və dəstəklənməsində iştirak etmək.
  • Selenium WebDriver (Java) vasitəsilə UI testlərinin hazırlanmasına dəstək göstərmək.
  • Postman və/və ya Rest Assured vasitəsilə API testlərinin aparılmasında iştirak etmək.
  • Funksional və reqressiya testlərinin avtomatlaşdırılmasına dəstək göstərmək.
  • Test nəticələrini təhlil etmək və aşkar edilmiş problemləri sənədləşdirmək.
  • Jira-da xətaları qeydə almaq və izləmək (Xray biliyi üstünlükdür).
  • Manual test ssenarilərinin avtomatlaşdırılmış testlərə çevrilməsində iştirak etmək.
  • Test strategiyalarının və QA proseslərinin təkmilləşdirilməsi üçün komanda ilə əməkdaşlıq etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 oktyabr 2026
Son tarix
15 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
66

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. QA mühəndis üzrə bazar adətən 600–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

22 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

QA mühəndis kimi öz maaşını yoxla

Şirkət haqqında

Kapital Bank
Banking · 5,001–10,000 employees · Baku
Kapital Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Tam iş günü iş rejimində çalışmaq tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Təcrübəçi üçün vakansiyadır, minimum təcrübə tələb olunmur.

Java, Selenium WebDriver, Postman, Rest Assured, Git, SQL, Jira, Maven, Gradle bilikləri tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

QA mühəndis üzrə Bakıda digər açıq elanlar.

Birbank
JuniorBakı
Maaş göstərilməyib

Proqram təminatının test proseslərini öyrənir və avtomatlaşdırılmış testlər hazırlayır, Java bilikləri tələb olunur.

Automated TestingPostmanGitJira+12
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
QA mühəndisi - təcrübəçi
Müraciət et