Vakansiya haqqında

“STP GLOBAL CABLE” MMC Laboratoriya bölməsinə Sınaqçı mühəndis vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • ISO 17025 sertifikatının olması arzu olunandır;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • İstehsal olunmuş məhsulun keyfiyyətinə nəzarət edir,sınaqlar aparır və müvafiq rəy verir;
  • Məhsulun keyfiyyətinə nəzarət işlərini və sınaqların keçirilməsini beynəlxalq, yerli standartlar və texniki şərtlər əsasında təmin etmək;
  • İstehsal olunmuş məhsulun sınağını keçirir, onların keyfiyyətinin standartlar və texniki şərtlərin tələblərinə uyğun olub-olmaması nəticələrini sənədləşdirir;
  • Laboratoriyanın fəaliyyəti haqqında hesabatları hazırlayır və laboratoriyanın baş mühəndisinə təqdim edir;
  • Standartların tələbinə uyğun olmayan məhsulların aşkar olunması, sənədləşdirilməsi, istifadə edilməsi barədə müvafiq tədbirlər görür, laboratoriyanın baş mühəndisinə rəy və təkliflər verir;
  • Uyğunsuzluqların qarşısını almaq üçün təkrar yoxlamalar keçirir.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Növbəli;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sınaqçı mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

STP Global Cable
Emal sənayesi, Elektronika və elektrik avadanlıqları istehsalı · Baku

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

STP Global Cable — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Airswift
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Dənizdə sahə mühəndisliyi xidmətləri göstərir və ən azı 3 il təcrübə tələb olunur.

Civil EngineeringMechanical EngineeringOffshore EngineeringEngineering Design+14
Müraciət et
Maaş göstərilməyib

Tikinti sahəsində işlərin keyfiyyətinə nəzarət edir və texniki sənədləri oxumağı bacarır.

Quality ControlConstruction SupervisionTechnical DocumentationReport Preparation+5
Müraciət etAsan müraciətAsan müraciət
Strata
Middle · 5+ il
1 500

Təchizatçı kimi sifarişlərin icrasını həyata keçirir və təchizatçıların qiymətləndirilməsində təcrübə tələb olunur.

ProcurementOrder ManagementReport PreparationQuality Control+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sınaqçı mühəndis
Müraciət et