Restoranın fasiləsiz fəaliyyətini təşkil edir və 3 il restoran meneceri təcrübəsi tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Meyvə və tərəvəz məhsullarının qəbul zamanı keyfiyyət yoxlanışının aparılması;
- Məhsulların sifarişlərə uyğun çeşidlənməsi və göndərişə hazırlanmasına nəzarət;
- Vizual və orqanoleptik yoxlamaların həyata keçirilməsi;
- Aşkarlanmış uyğunsuzluqların qeydə alınması, sənədləşdirilməsi və aidiyyatı şəxslərə bildirilməsi;
- Yararsız məhsullar barədə dərhal rəhbərliyə məlumat verilməsi;
- Müştəri şikayətləri və geri qaytarılan məhsullar üzrə yoxlama aparılması, səbəb-nəticə təhlilinin həyata keçirilməsi;
- Saxlanma şəraitinə (temperatur, rütubət) nəzarət və müvafiq qeydlərin aparılması;
- Anbar sahəsində düzgün yerləşdirmə və məhsul dövriyyəsinə nəzarət;
- Qablaşdırmanın bütövlüyünün və markalanmanın düzgünlüyünün yoxlanılması;
- Keyfiyyət qeydlərinin aparılması, təhlili və mütəmadi hesabatların hazırlanması;
- Təchizatçılar və daxili komandalarla operativ koordinasiyanın təmin edilməsi;
- Qida təhlükəsizliyi və sanitar-gigiyena tələblərinə əməl olunmasına nəzarət;
- Keyfiyyət prosedurlarının tətbiqində iştirak;
- Zərurət yarandıqda anbar yoxlamalarının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Qida təhlükəsizliyi üzrə baza biliklər (HACCP, sanitar-gigiyena qaydaları);
- Meyvə-tərəvəz məhsulları üzrə ümumi biliklər;
- MS Office proqramlarında işləmə bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali və ya orta ixtisas(Aqronomluq, qida mühəndisliyi, qida texnologiyası və ya əlaqəli sahə üzrə);
- Meyvə-tərəvəz məhsulları üzrə keyfiyyətə nəzarət və ya qəbul yoxlaması sahəsində 1–3 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 10:00-19:00;
- İş yeri: Qaradağ rayonu,Xocasən küçəsi 57/11,Meyvəli ticarət mərkəzi.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvə-tərəvəz üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Son tarix
25 sentyabr 2026
Şirkət haqqında
Tam Store
Retail · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Dənizdə sahə mühəndisliyi xidmətləri göstərir və ən azı 3 il təcrübə tələb olunur.
Maaş göstərilməyib
HR proseslərini idarə edir, işə qəbul və ofis idarəçiliyi üzrə təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət edir və beynəlxalq standartlara uyğun sınaqlar aparır.
Müraciət etAsan müraciətAsan müraciət



