Yalla platformasının texniki istiqamətini idarə edir və proqramlaşdırma bacarıqlarına malikdir
İnfrastruktur arxitektoru
Vakansiya haqqında
Təsvir
- Dövlət layihələri və təşəbbüsləri üzrə infrastruktur arxitekturasının qiymətləndirilməsi və istiqamətləndirilməsi;
- Bulud, hibrid və on-premises mühitlər üçün vahid yanaşma və prinsiplərin formalaşdırılması;
- Hökumət Buludunun təkmilləşdirilməsi üzrə təklif və həllərin hazırlanması;
- Layihələrdə təqdim olunan infrastruktur dizaynlarının tələblərə uyğunluğunun qiymətləndirilməsi;
- Yüksək əlçatanlıq və fəlakətdən bərpa yanaşmaları üzrə ümumi standartların hazırlanması;
- Mərkəzi komponentlərin və platformaların infrastruktur arxitekturasının hazırlanması;
- Monitorinq, loglama və müşahidəolunurluq üzrə minimum tələblərin müəyyənləşdirilməsi;
- İnfrastruktur resurslarından səmərəli istifadə və əməliyyat xərclərinin optimallaşdırılması üzrə tövsiyələrin verilməsi;
- Vendor lock-in risklərinin azaldılması üçün yanaşmaların hazırlanması;
- İnfrastruktur uyğunluğu üzrə minimum tələblərin və yoxlama siyahılarının formalaşdırılması;
- Texnoloji yeniliklərin izlənilməsi və infrastruktur/platforma radarının yenilənməsi;
- Dövlət qurumlarına infrastruktur və platforma arxitekturası üzrə metodoloji və əməli dəstək göstərilməsi.
Tələblər
- İnformasiya texnologiyaları, kompüter mühəndisliyi, sistem mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil;
- İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində 5+ il iş təcrübəsi;
- Bulud, hibrid və on-premises infrastrukturların layihələndirilməsi və idarə olunması üzrə təcrübə;
- Virtualizasiya, konteynerizasiya və orkestrasiya texnologiyaları üzrə bilik və təcrübə;
- Docker, Kubernetes və əlaqəli infrastruktur komponentləri üzrə praktik bilik;
- Şəbəkə, təhlükəsizlik, yük balanslama, yüksək əlçatanlıq və fəlakətdən bərpa həlləri üzrə biliklər;
- Monitorinq, loglama və observability alətləri ilə işləmə təcrübəsi;
- Linux serverləri, avtomatlaşdırma və infrastrukturun kod kimi idarə olunması yanaşmaları üzrə biliklər;
- Bulud platformaları üzrə biliklər üstünlükdür;
- İnfrastruktur dizaynı, texniki sənədləşdirmə və yoxlama yanaşmaları üzrə təcrübə;
- Vendor lock-in riskləri, miqyaslana bilmə və resurs optimallaşdırılması məsələləri üzrə anlayış;
- Analitik düşüncə, problem həll etmə və sistemli yanaşma bacarığı;
- Komanda ilə işləmə və müxtəlif maraqlı tərəflərlə koordinasiya qurmaq qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Dövlət sektoru və ya iri miqyaslı infrastruktur layihələrində təcrübə üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
İnfrastruktur, sistem və ya platforma arxitekturası sahəsində ən azı 5 il iş təcrübəsi tələb olunur.
Vakansiya tam ştat iş üçün nəzərdə tutulub.
Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTətbiq arxitekti üzrə Bakıda digər açıq elanlar.
Back-end proqramçı kimi mikroservis arxitekturası və Java bilikləri ilə işləyir.
Böyük verilənlər üçün yüksək performanslı və etibarlı arxitektura dizayn edir, 8-10 il təcrübəsi var.
Texniki həllərin dizaynı və inkişafını idarə edir, IT infrastruktur və təhlükəsizlik bilikləri tələb olunur.




