Sistemin arxitekturasını hazırlayır və .NET/C# üzrə güclü təcrübə tələb edir.
Leading Full-Stack Developer (AI)
Vakansiya haqqında
Təsvir
Biz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları (end-to-end) ərsəyə gətirəcəksiniz.
Vəzifə öhdəlikləri
- Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması;
- AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və idarə edilməsi;
- Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi;
- Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının qiymətləndirilməsi;
- OpenAI (GPT), Google (Gemini) , Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya olunması;
- Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi və infrastrukturun buna uyğun tənzimlənməsi;
- Sistemlərin inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul edilməsi;
- Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik hesabatlılığın aparılması.
Tələblər
- Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr üzrə);
- Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində minimum 3-4 il iş təcrübəsi;
- Backend: Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə biliklər, mikroservis arxitekturası üzrə dərin biliklər;
- Frontend: React.js, Next.js framework-ləri ilə zəngin iş təcrübəsi;
- AI & LLM: LangChain, LlamaIndex və ya bənzər AI framework-ləri ilə iş təcrübəsi;
- Vector DB: Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search kimi verilənlər bazaları ilə işləmək bacarığı;
- API & İnteqrasiya: RESTful API və WebSockets texnologiyaları üzrə dərin biliklər;
- Verilənlər Bazası: PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının layihələndirilməsi;
- CI/CD konseptləri, Docker və bulud serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı;
- Versiya Kontrolu: Git və GitHub/GitLab ilə sərbəst işləmə bacarığı.
Üstünlükdür:
- MLOps alətləri (Kubernetes) haqqında anlayış.
- Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 3-4 il Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində iş təcrübəsi tələb olunur.
Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı tələb olunur.
React.js və Next.js framework-ləri ilə zəngin iş təcrübəsi tələb olunur.
LangChain, LlamaIndex və ya bənzər AI framework-ləri ilə iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTətbiq arxitekti üzrə Bakıda digər açıq elanlar.
Dövlət qurumlarının rəqəmsallaşması üçün proqram təminatı arxitekturasını layihələndirir və idarə edir.
Agentic sistemlərin arxitekturasını dizayn edir və TypeScript, .NET biliklərinə malikdir
Back-end proqramlaşdırma və mikroservis arxitekturası üzrə təcrübəli Java proqramçısı axtarılır




