Vakansiya haqqında

İş yeri: Qəbələ şəhəri

Gabala Hospitality Group (GHG) Qəbələnd Əyləncə Mərkəzinin attraksionlarının, əyləncə qurğularının və mühəndis-texniki infrastrukturunun təhlükəsiz, etibarlı və dayanıqlı fəaliyyətini təmin edəcək təcrübəli Texniki direktor axtarır. Vəzifə texniki istismar, təhlükəsizlik, texniki xidmət strategiyası və texniki heyətin peşəkar inkişafına ümumi rəhbərliyi əhatə edir.

Əsas vəzifə öhdəlikləri

  • Parkın bütün attraksionlarının, əyləncə qurğularının və mühəndis-texniki sistemlərinin təhlükəsiz və etibarlı istismarını təmin etmək;
  • İstehsalçıların texniki təlimatları, pasportlar, mühəndislik sxemləri və istismar qaydalarına uyğun texniki xidmət sistemini təşkil etmək;
  • Mexaniki, elektrik, elektron, hidravlik, pnevmatik və avtomatlaşdırılmış sistemlərə, həmçinin elektrik və su təchizatı, kanalizasiya, hovuz-filtrasiya, nasos, havalandırma və isitmə-soyutma sistemlərinə ümumi nəzarət etmək;
  • Bina və tikililərin texniki vəziyyətini izləmək, zəruri təmir və yenilənmə işlərini planlaşdırmaq;
  • İşləmə saatları, istismar dövrləri və istehsalçı tövsiyələri əsasında gündəlik, dövri, profilaktik və əsaslı təmir qrafiklərini hazırlamaq, icrasına nəzarət etmək;
  • Kritik komponentlərin yoxlanmasını, texniki xidmət tarixçəsinin, sınaq nəticələrinin və istismar göstəricilərinin sənədləşdirilməsini təmin etmək;
  • Texniki riskləri qiymətləndirmək, təhlükəsizlik prosedurlarını tətbiq etmək, gündəlik yoxlamaları, dövri müayinələri və tələb olunan ekspertizaları əlaqələndirmək;
  • Təhlükə yaradan nasazlıqlarda qurğuların istismarını dayandırmaq, təmir və təhlükəsizlik yoxlamalarından sonra yenidən istifadəyə verilməsinə nəzarət etmək;
  • Yeni attraksionların, o cümlədən Roller Coaster qurğusunun quraşdırılma, sınaq və istismara qəbul proseslərində istehsalçı və texniki ekspertlərlə əməkdaşlıq etmək;
  • Texniki menecerin fəaliyyətinə strateji rəhbərlik etmək, əməkdaşların ixtisas, sertifikat, icazə və səriştə uyğunluğunu izləmək, təlim və inkişaf planlarını müəyyən etmək;
  • Texniki xidmət və yenilənmə büdcəsini, kritik ehtiyat hissələrinə ehtiyacı, texniki satınalmaları və modernləşdirmə təkliflərini idarə etmək;
  • Nasazlıqların səbəbləri, dayanma müddətləri, texniki hazırlıq və xərclər barədə rəhbərliyə mütəmadi hesabat vermək.

Namizədə tələblər

  • Mexanika, elektrik, elektromexanika, mexatronika, avtomatlaşdırma və ya uyğun texniki ixtisas üzrə ali təhsil;
  • Texniki istismar, mühəndislik sistemlərinin idarə edilməsi və təmir sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 3 il təcrübə;
  • İri sənaye, istehsalat və ya geniş mühəndis-texniki infrastruktura malik obyektlərdə mürəkkəb sistemlərin idarə edilməsi təcrübəsi;
  • Mexaniki, elektrik, hidravlik, pnevmatik və PLC idarəetmə sistemləri üzrə güclü texniki biliklər;
  • Texniki çertyoj, sxem və istehsalçı təlimatlarını təhlil etmək, nasazlıqların kök səbəblərini müəyyən etmək bacarığı;
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərini, profilaktik xidmət və risklərin idarə edilməsi prinsiplərini bilmək;
  • Strateji planlaşdırma, liderlik, analitik düşünmə, qərarvermə və komanda inkişafı bacarıqları;
  • Azərbaycan dilində sərbəst işgüzar ünsiyyət; CMMS və xarici dildə texniki sənədlərlə iş bacarığı üstünlükdür.

İş şəraiti və müraciət

  • Rəqabətli əmək haqqı, Qəbələ şəhərində yaşayış yeri ilə təminat və peşəkar inkişaf imkanları təklif olunur.

CV-nizi mövzu hissəsində “Texniki direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Qəbələ
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
24 dekabr 2026
Baxış
199

Şirkət haqqında

Qəbələnd Əyləncə Mərkəzi
Qəbələ
Qəbələnd Əyləncə Mərkəzi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Qəbələ şəhərində yerləşir.

Minimum 7 il iş təcrübəsi, o cümlədən 3 il rəhbər vəzifədə tələb olunur.

Mexanika, elektrik, elektromexanika, mexatronika və ya uyğun texniki ixtisas üzrə ali təhsil tələb olunur.

Rəqabətli əmək haqqı, Qəbələ şəhərində yaşayış yeri və peşəkar inkişaf imkanları təklif olunur.

CV-nizi mövzu hissəsində “Texniki direktor” qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki direktor üzrə Qəbələdə digər açıq elanlar.

PASHA Sığorta
Təcrübəli mütəxəssis · 8+ ilBakı
Maaş göstərilməyib

Şirkətin texnologiya arxitekturasını dizayn edir və ən azı 8 il təcrübə tələb olunur

Generative AILarge Language ModelsLeadershipStakeholder Management+23
Müraciət et
Xsolla
Direktor · 10+ ilBakı
Maaş göstərilməyib

Qlobal proqram mühəndisliyi funksiyasını idarə etmək və strateji planlama aparmaq üçün güclü liderlik bacarığı tələb olunur.

Team ManagementAWSCI/CDStakeholder Management+11
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texniki direktor
Müraciət et