Back-end proqramlaşdırma funksional sahəsinin baş mütəxəssisi

PASHA Bank

Vakansiya haqqında

Təsvir

  • Komandada digər back end proqramçıları idarə etmək, qrup rəhbərinin tələbi əsasında onların lazımi bilik və təcrübə əldə etməsi üçün mentorluq etmək
  • Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq.
  • Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi
  • Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək, digər bulud texnologiyalarını idarə etmək
  • Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq
  • Deqiq və funksional həllər üçün qəbul edilmiƒ konvensiya v? qaydalara uyºun kodlar yazmaq, komandada digər proqramçìlarìn kodlarìnì nəzərdən keçirmək
  • Biznesin tələblərini ətraflı şəkildə analiz etmək, üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq.
  • Məneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllərin hazırlanması. Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həllər hazırlamaq və ümumi arxitekturaya optimallaşdırma təklifləri vermək
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək
  • Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək. Sürət, keyfiyyət və stabillik üçün testlər aparmaq
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.

Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 5 il təcrübə;
  • Lisenziya/Sertifikat: N/A;
  • Xarici dillər: İngilis(yaxşı);
  • Komputer bilikləri:Müvafiq dillərdən hər hansı birini mükəmməl səviyyədə bilmək: Java, Kotlin, Golang, Python. Verilənlərin strukturu və alqoritm üzrə mükəmməl biliyin olması.
  • İnfrastruktur dizayn və prinsipləri haqqında dərin anlayışın və təcrübənin olması. Maksimal əhatəli unit və inteqrasiya testlərini tərtib etmək. Məlumat bazaları (SQL, NoSQL) və onların effektiv həlləri üzrə mükəmməl biliklər. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək. LDAP, SSO, şəbəkə protkolları (Restful, SOAP, gRPC və s.) və build alətləri üzrə mükəmməl biliklər. CI/CD təcrübəsi, konteylerlərlə işləmək bacarığı, Multi-Threading üzrə təcrübə, monitorinq alətlərinin istifadə təcrübəsi;
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git);
  • Başqa tələblər: Əla ünsiyyət, idarəçilik, mentorluq və hesabat biliyi. Üstünlük verilir: Bankçılıq təcrübəsi, qəliz strukturlu proqram təminatlarını qurmaq bacarığı, təhlükəsizlik standartlarına yaxşı bələd olmaq, kod dizayn üsulları (design patterns), kodun yenidən işlənməsi, yüksək miqyaslı proqramlar, cüt proqramlaşdırma, effektli testlərin hazırlanması, mikroservis, hadisələrə əsaslanan arxitekturalar ilə geniş təcrübə, texniki həllərin strukturlu şəkildə sənədləşdirmə bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Dillər
English
Son tarix
27 sentyabr 2026

Şirkət haqqında

PASHA Bank
Banking · Baku
PASHA Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Azercell
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Backend proqram təminatının inkişafı və təkmilləşdirilməsi üçün Java və Spring Boot bilikləri tələb olunur.

JavaSpring BootObject-Oriented ProgrammingGit+14
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Back-end proqramlaşdırma funksional sahəsinin baş mütəxəssisi
Müraciət et