Çoxmərtəbəli binaların konstruksiya layihələndirilməsi və AutoCAD, Revit proqramlarında işləmək.
Baş konstruktor
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- Binaların və qurğuların daşıyıcı konstruksiyalarının (təməl, karkas, döşəmə, dam örtüyü) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Daş karkas, dəmir-beton, metal və taxta konstruksiyaların statik və dinamik (seysmik) hesablamalarının aparılması və yoxlanılmasını həyata keçirmək.
- Geoloji tədqiqatlarının nəticələrinə əsasən özül ( təməl ) növünün seçilməsi və texniki həllərinin hazırlanması.
- Mürəkkəb və xüsusi təyinatlı obyektlər üçün fərdi konstruktiv həllərin işlənib hazırlanması.
- Digər bölmələrlə (memarlıq, elektrik, su-kanalizasiya, mexanika) konstruktiv həllərin koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihənin müəllif nəzarətini həyata keçirmək, materialların və icra keyfiyyətinin layihəyə uyğunluğunu yoxlamaq.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; konstruktiv hesablamalar üçün SAP2000, ETABS, LİRA SAPR, Tekla Structures və digər bənzər proqramlarla iş təcrübəsi.
- Texniki sənədlərin hazırlanması üçün Word və Excel proqramlarını bilmək.
- Daş karkas, dəmir-beton, metal konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə dərin bilik.
- SNiP, SP, AzDTN və digər normativ bazaya yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- İnşaat mühəndisliyi (bina və qurğuların tikintisi) üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7 il layihələndirmə təcrübəsi, həmçinin mürəkkəb və xüsusi təyinatlı obyektlərdə layihələndirmə təcrübəsi.
- Yaşayış binaları, məktəb və bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi olanlara üstünlük verilir.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Baş konstruktor” başlığı ilə göndərməklə edə bilərsiniz.
Yerləşmə
Azərbaycan
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
North West
Construction · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Zəif cərəyan və avtomatika sistemlərinin layihələndirilməsini idarə edir, 7-10 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Zəif cərəyan və avtomatika sistemlərinin layihələndirilməsinə rəhbərlik edir, AutoCAD bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
500–1 500₼
Tikinti işlərinin keyfiyyətinə nəzarət edir, layihə tələblərinə uyğun işləməyi bacarır və AutoCAD bilir
Müraciət etAsan müraciətAsan müraciət


