Layihəçi / konstruktor – layihə planlama üzrə mütəxəssis

Fortis Construction

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Yaşayış, çoxmərtəbəli və qeyri-yaşayış, eləcə də sənaye obyektləri üzrə konstruktiv layihələrin hazırlanması;
  • Tikinti obyektlərinin daşıyıcı konstruksiyalarının hesablanması və layihələndirilməsi;
  • Layihə üzrə statik, konstruktiv və texniki hesablamaların hazırlanması;
  • Dəmir-beton, metal və digər konstruksiyaların layihələndirilməsi;
  • Layihələrin iş planlarının və icra qrafiklərinin hazırlanması;
  • Layihənin mərhələləri, müddətləri və resurslarının planlaşdırılması və icrasına nəzarət;
  • Memarlıq, konstruktiv, MEP və digər layihə bölmələri arasında koordinasiyanın təmin edilməsi;
  • Layihə həllərinin qüvvədə olan tikinti norma və standartlarına uyğunluğunun təmin edilməsi;
  • Tikinti materialları və konstruksiyaların seçilməsi, həcmlərinin müəyyənləşdirilməsi;
  • Layihə sənədlərinin yoxlanılması və texniki uyğunsuzluqların aradan qaldırılması;
  • Podratçı və subpodratçıların işlərinin layihə qrafikinə uyğun koordinasiya edilməsi;
  • Layihələrin müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyət səviyyəsində icrasına nəzarət;
  • Tikinti prosesində layihə ilə bağlı yaranan texniki və konstruktiv məsələlərin həllində iştirak;
  • Layihənin gedişatı, risklər, gecikmələr və görülən işlər barədə hesabatların hazırlanması.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi, memarlıq, konstruksiya və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi;
  • Çoxmərtəbəli binalar və sənaye obyektlərinin layihələndirilməsi üzrə təcrübə;
  • Daşıyıcı konstruksiyaların hesablanması və layihələndirilməsi üzrə praktiki bilik;
  • AutoCAD, Revit, ETABS, SAP2000, SAFE və ya analoji proqramlarda işləmək bacarığı;
  • MS Project / Primavera P6 və MS Excel proqramlarında işləmək bacarığı;
  • Statik, konstruktiv, texniki və seysmik hesablamalar üzrə bilik;
  • Tikinti norma və standartları barədə yaxşı məlumat;
  • Layihə sənədlərinin hazırlanması və müxtəlif layihə bölmələrinin koordinasiyası bacarığı;
  • Layihə qrafiklərinin hazırlanması və icrasına nəzarət bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Azərbaycan dili – əla; rus və ingilis dili – üstünlükdür.

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşdırılacaq.
  • İş növü: Tam ştat

Maraqlanan namizədlər CV-lərini (Layihəçi) yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
12 sentyabr 2026

Şirkət haqqında

Fortis Construction
Construction · Baku
Fortis Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Senior · 7+ il
Maaş göstərilməyib

Binaların daşıyıcı konstruksiyalarının layihələndirilməsinə rəhbərlik edir və 7 il təcrübə tələb olunur.

AutoCADRevitTechnical DocumentationTeam Leadership+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihəçi / konstruktor – layihə planlama üzrə mütəxəssis
Müraciət et