Back-end proqramlaşdırma və mikroservis arxitekturası üzrə təcrübəli Java proqramçısı axtarılır
Layihələr üzrə baş mühəndis
Vakansiya haqqında
Əsas vəzifələr
- Təhkim edildiyi layihələrin bütün mərhələlərində (konsepsiya, FEED, işçi layihə, satınalma, tikintiyə dəstək, istismara vermə və təhvil) mühəndislik işlərinə rəhbərlik etmək və Sifarişçi tərəfindən mühəndislik üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
- Mühəndislik işlərinin həcmini müəyyən etmək: EPC və mühəndislik müqavilələri üçün İşlər Həcminin (SoW), RFP-lərin texniki bölmələrinin, mühəndislik sənədlərinin siyahısının və spesifikasiyalar reyestrinin hazırlanması və yoxlanılması;
- Podratçı və istehsalçı təkliflərinin texniki qiymətləndirilməsinə rəhbərlik etmək; aydınlaşdırma cədvəllərinin, texniki qiymətləndirmə hesabatlarının və tövsiyələrin hazırlanması;
- Çoxdisiplinli mühəndislik işlərini (texnologiya, mexanika, boru kəmərləri, inşaat/konstruksiya, elektrik, nəzarət-ölçü cihazları və avtomatika, yanğından mühafizə) koordinasiya etmək, disiplinlərarası interfeysləri həll etmək və layihə həllərinin uyğunluğunu təmin etmək;
- Podratçının hazırladığı sənədləri (Texnoloji sxemlər (PFD), P&ID-lər, avadanlıq və boru xətləri siyahıları, məlumat vərəqələri, hesablamalar, planlar, spesifikasiyalar) layihə sənədlərinin idarə olunması proseduruna uyğun olaraq yoxlamaq və təsdiq etmək, bütün rəylərin bağlanmasını təmin etmək;
- Podratçılar, istehsalçılar və istismar xidməti ilə texniki iclaslara və layihə baxışlarına (HAZOP, HAZID, SIL, 3D model baxışı, tikintiyə yararlılıq baxışı) Sifarişçi nümayəndəsi kimi sədrlik etmək; texniki qərarlar qəbul etmək və ya zəruri hallarda rəhbərliyə çıxarmaq;
- Texniki sorğuları, uyğunsuzluqları (deviation) və dəyişiklik sorğularını idarə etmək; onların texniki, xərc və cədvəl təsirini qiymətləndirmək və təsdiq və ya rədd edilməsi üzrə tövsiyə vermək;
- Mühəndislik işlərinin icrasını cədvəl və müqavilə mərhələləri üzrə izləmək; riskləri və gecikmələri vaxtında aşkar edib azaldılması üzrə tədbirlər təklif etmək; Mühəndislik Menecerinə hesabat vermək;
- Rəsmi yazışmaların, toplantı protokollarının və layihə hesabatlarının hazırlanması və yoxlanılması; razılaşdırılmış addımların vaxtında icrasına nəzarət;
- Öyrənilmiş dərslərin toplanması və mühəndislik prosedurlarının, şablonlarının və standartlarının təkmilləşdirilməsinə töhfə vermək;
- Şirkətin keyfiyyət təminatı/keyfiyyətə nəzarət siyasəti və prosedurlarına, iş yerində HSEE (Sağlamlıq, Təhlükəsizlik, Ətraf mühit və Enerji) tələblərinə uyğunluğu təmin etmək.
Tələblər
- Mühəndislik üzrə (kimya texnologiyası, mexanika və ya əlaqəli ixtisas) bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür;
- Neft-qaz, neft emalı, neft-kimya və ya ağır sənaye sektorunda minimum 8 illik mühəndislik təcrübəsi, o cümlədən ən azı 3 il aparıcı və ya koordinasiyaedici vəzifədə.
- Sifarişçi və ya EPC Podratçı tərəfində əsaslı tikinti layihələrində təcrübə;
- Layihənin bütün həyat dövrü (FEED, işçi layihə, satınalma, tikinti, istismara vermə) və EPC müqavilə modeli üzrə dərin bilik;
- Neft emalı və neft-kimya obyektlərinə aid beynəlxalq norma və standartlar (ASME, API, NFPA, IEC və s.) və Azərbaycan Respublikasının normativ tələbləri üzrə bilik;
- Çoxdisiplinli komandalara rəhbərlik və podratçıların idarə olunması üzrə sübut olunmuş bacarıq;
- İşlər Həcminin (SoW), RFP-lərin, texniki təkliflərin qiymətləndirilməsinin və mühəndislik sənədləri siyahılarının hazırlanması və yoxlanılması bacarığı;
- Texniki və işgüzar kontekstlərdə Azərbaycan və İngilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
- Güclü analitik, qərarvermə və problem həlletmə bacarıqları;
- PMP və ya ekvivalent peşəkar sertifikat üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki rəhbər üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
34 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki rəhbər kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 8 il mühəndislik təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçVakansiyaya müraciət üçün son tarix 13 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki rəhbər üzrə Bakıda digər açıq elanlar.
Platform inkişaf strategiyasını formalaşdırmaq və texniki komandalarla əməkdaşlıq etmək bacarığı tələb olunur
Dənizdə ağır konstruksiyaların tikintisi üçün metod mühəndisliyi qrupunu idarə etmək və 15 il təcrübə tələb olunur
Biznes proseslərinin avtomatlaşdırılması və inkişafı üçün Camunda və Java bilikləri tələb olunur




