Vakansiya haqqında

Avant Group şirkətin informasiya texnologiyaları infrastrukturunun dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin edəcək, İT xidmətlərinin idarə olunmasına və texnoloji inkişaf təşəbbüslərinin icrasına rəhbərlik edəcək İnformasiya Texnologiyaları Şöbəsinin Rəhbərini axtarır.

Vəzifənin əsas məqsədi korporativ İT sistemlərinin fasiləsiz fəaliyyətini, informasiya təhlükəsizliyini, istifadəçilərə keyfiyyətli İT dəstəyini və İT həllərinin biznes ehtiyaclarına uyğun inkişafını təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin İT infrastrukturunu və gündəlik İT əməliyyatlarını idarə etmək, sistemlərin dayanıqlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək;
  • Serverlər, şəbəkə infrastrukturu, Active Directory, Microsoft 365, File Server və digər korporativ sistemlərin fəaliyyətini təmin etmək;
  • İstifadəçi müraciətlərinin qeydiyyatını, prioritetləşdirilməsini və müəyyən edilmiş müddətlərdə həllini təşkil etmək;
  • İnformasiya təhlükəsizliyi siyasətlərinin, istifadəçi hesablarının və giriş hüquqlarının idarə olunmasını təmin etmək;
  • Ehtiyat nüsxələmə, məlumatların bərpası və İT fasiləsiz fəaliyyət proseslərinə nəzarət etmək;
  • İT risklərini qiymətləndirmək, informasiya təhlükəsizliyi insidentlərini və kritik sistem problemlərini vaxtında eskalasiya etmək;
  • İT büdcəsini, avadanlıq və xidmətlər üzrə ehtiyacları, satınalmaları və texnoloji investisiyaları planlaşdırmaq;
  • İT layihələrini, sistem yenilənmələrini və rəqəmsallaşma təşəbbüslərini idarə etmək;
  • ERP və Rəqəmsal Transformasiya üzrə Baş Menecerlə koordinasiyada ERP sistemlərinin texniki infrastrukturu məsələlərini həll etmək;
  • Xarici İT xidmət təminatçıları ilə işi koordinasiya etmək, xidmət keyfiyyətinə nəzarət etmək;
  • İT komandasının işini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icra nəticələrinə nəzarət etmək.

Namizədə tələblər

  • İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • İT sahəsində minimum 4 il iş təcrübəsi; korporativ İT mühitində rəhbərlik və ya koordinasiya təcrübəsi üstünlükdür;
  • Windows Server, Active Directory, Microsoft 365, şəbəkə avadanlıqları və ehtiyat nüsxələmə sistemləri üzrə praktiki biliklər;
  • İnformasiya təhlükəsizliyi və İT xidmətlərinin idarə olunması prinsiplərini bilmək;
  • İT infrastrukturu və texniki problemlərin diaqnostikası, analizi və həlli bacarığı;
  • Komanda və layihə idarəetməsi, planlaşdırma və hesabatlılıq bacarıqları;
  • Azərbaycan dilini mükəmməl bilmək; ingilis dilində texniki sənədləri oxumaq bacarığı;
  • CompTIA, Microsoft, Cisco və ya ITIL sertifikatlarının olması üstünlükdür;
  • Məxfiliyə riayət etmək və informasiya təhlükəsizliyi tələblərinə uyğun işləmək.

Biz nə təklif edirik?

  • Şirkətin korporativ İT infrastrukturunun inkişafında rəhbər rol;
  • İT layihələrində və texnoloji təkmilləşdirmə təşəbbüslərində iştirak imkanı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Rəqabətədavamlı əməkhaqqı və korporativ imkanlar.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnformasiya Texnologiyaları Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
543

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki rəhbər üzrə bazar adətən 1 000–2 000 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

21 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki rəhbər kimi öz maaşını yoxla

Şirkət haqqında

Avant Construction
Construction · Bakı
Avant Construction — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İT sahəsində minimum 4 il iş təcrübəsi tələb olunur.

Namizədlər CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

CompTIA, Microsoft, Cisco və ya ITIL sertifikatları üstünlükdür.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki rəhbər üzrə Bakıda digər açıq elanlar.

Airswift
Rəhbər · 15+ ilBakı
Maaş göstərilməyib

Dənizdə ağır konstruksiyaların tikintisi üçün metod mühəndisliyi qrupunu idarə etmək və 15 il təcrübə tələb olunur

Civil EngineeringStructural EngineeringEngineering ManagementTechnical Report Writing+14
Müraciət et
Seeton Azerbaijan
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib

Texniki həllərin dizaynı və inkişafını idarə etmək üçün 5+ il təcrübəsi olan mütəxəssis.

Technical DocumentationIT InfrastructureNetwork TechnologySecurity technology+23
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Texnologiyalar şöbəsinin rəhbəri
Müraciət et