Korporativ müştərilərlə əlaqə qurur və satış proseslərini idarə etmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Biz nə təklif edirik?
Müxtəlif sektorlara təqdim edilə bilən geniş xidmət portfeli;
Sabit əməkhaqqı ilə yanaşı satış nəticələrinə uyğun qazanc imkanı;
Satış prosesi üçün hazır təqdimatlar və kommersiya təklifləri;
Müasir, inkişaf edən və dəstəkləyici komanda mühiti;
Yeni xidmətləri və rəqəmsal həlləri öyrənmək imkanı;
Vəzifə öhdəlikləri
Müxtəlif sahələrdə fəaliyyət göstərən potensial müştəriləri araşdırmaq və müəyyənləşdirmək;
Telefon, WhatsApp, e-mail, LinkedIn və digər platformalar vasitəsilə şirkətlərlə əlaqə qurmaq;
Müştərinin biznesini, ehtiyaclarını və mövcud problemlərini öyrənmək;
Müştərinin ehtiyacına uyğun YELTU xidmətlərini təqdim etmək;
Maraqlanan müştərilərlə görüş və təqdimatlar təşkil etmək;
Kommersiya təkliflərini müştərilərə təqdim etmək və danışıqları aparmaq;
Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izləmək;
Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq;
Görülən işlər və satış nəticələri üzrə mütəmadi hesabat təqdim etmək.
Tələblər
Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun həll təklif etmək bacarığı;
Aktiv, məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Yeni müştərilərlə rahat əlaqə qura bilmək;
Kompüter, sosial şəbəkələr və onlayn kommunikasiya vasitələrindən istifadə bacarığı;
İngilis və rus dillərini bilmək üstünlük hesab olunur;
Daha əvvəl IT, rəqəmsal marketinq, reklam və ya agentlik xidmətlərinin satışı sahəsində çalışmış namizədlərə üstünlük verilir;
B2B satış təcrübəsi üstünlükdür;
Rəqəmsal marketinq, veb-sayt və IT xidmətləri haqqında ilkin biliklərin olması arzuolunandır.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni biznes imkanlarını müəyyən edir və mövcud müştərilərlə əlaqələri gücləndirir, güclü ünsiyyət bacarıqları tələb olunur.
Korporativ müştəri portfelini idarə edir və inkişaf etdirir, maliyyə analizində təcrübə tələb olunur.



