Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–2 500 ₼
Yerləşdirilib
16 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

Üstünlük veriləcək namizədlər:

  1. İT avadanlıqları, ofis texnikası, elektronika və təchizat sahəsində təcrübəsi olanlar;
  2. Dövlət və özəl müəssisələrlə iş təcrübəsi olanlar;
  3. Mövcud korporativ müştəri bazasına sahib olanlar;

Şirkət tərəfindən təqdim olunur:

  1. Rəsmi əmək müqaviləsi;
  2. Karyera inkişafı imkanı;
  3. Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  4. Peşəkar və dinamik iş mühiti.

Qeyd:

Bu vəzifə yalnız daxil olan sorğuların cavablandırılmasını deyil, yeni müştərilərin aktiv şəkildə cəlb edilməsini və satışların artırılmasını nəzərdə tutur.

Vəzifə öhdəlikləri

  1. Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması;
  2. Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul/xidmətlərin təklif olunması;
  3. Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  4. Korporativ müştərilərlə görüşlərin keçirilməsi və işgüzar münasibətlərin qurulması;
  5. Satış prosesinin başlanğıcdan son mərhələyədək idarə olunması;
  6. Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsi;
  7. Gündəlik zənglərin, görüşlərin və göndərilən kommersiya təkliflərinin hesabatının aparılması;
  8. Müştərilərdən daxil olan sorğuların operativ şəkildə cavablandırılması;
  9. Satış nəticələri üzrə aylıq hesabatların hazırlanması.

Tələblər

  1. Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;
  2. Aktiv satış və müştəri cəlbetmə bacarığı;
  3. Telefon danışıqları və işgüzar yazışma qaydalarını bilməli;
  4. Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı;
  5. Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  6. MS Office proqramlarında işləmək bacarığı;
  7. Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  8. Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmalı;
  9. Aylıq satış planı və KPI göstəriciləri ilə işləmək bacarığı;
  10. Qarşıya qoyulan satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
600–2 500 ₼
Korporativ satış meneceri
Müraciət et