Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–600 ₼
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, Russian, English

Vakansiya haqqında

Satış Meneceri (Beynəlxalq Logistika)

*Şirkət:* China2Baku Logistics & Trade

*İş yeri:* Bakı şəhəri, Çinar Park, Əhməd Rəcəbli küçəsi

*Əmək haqqı:* 600 AZN + satışlardan yüksək bonus sistemi

İş barədə məlumat

China2Baku Logistics & Trade Çin–Azərbaycan istiqamətində fəaliyyət göstərən beynəlxalq logistika şirkətidir. Komandamıza logistika sahəsini yaxşı bilən, satış bacarığı yüksək olan Satış Meneceri axtarırıq.

Biz təklif edirik

* Rəsmi əmək müqaviləsi;

* Stabil əmək haqqı – *600 AZN*;

* Satış nəticələrinə əsasən yüksək bonus sistemi;

* Karyera yüksəlişi imkanı;

* Rahat ofis şəraiti və peşəkar kollektiv;

* Beynəlxalq logistika sahəsində inkişaf və təlim imkanları.

İş qrafiki

* Bazar ertəsi – Cümə

* 09:00 dan – 18:00 dək

*Qeyd:* Yalnız logistika sahəsində təcrübəsi olan namizədlərin müraciətlərinə baxılacaq. Çin istiqamətində beynəlxalq daşımalar üzrə təcrübə namizədə üstünlük qazandıracaq.

Vəzifə öhdəlikləri

* Çin–Azərbaycan istiqamətində logistika xidmətlərinin satışını həyata keçirmək;

* Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;

* Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;

* Müştərilərlə görüşlər keçirmək və şirkətin xidmətlərini peşəkar şəkildə təqdim etmək;

* Daşıma tarifləri üzrə müştərilərə düzgün məlumat vermək;

* Daşımaların təşkili zamanı əməliyyat şöbəsi ilə koordinasiyalı işləmək;

* Kommersiya təklifləri hazırlamaq və müqavilələrin bağlanmasında iştirak etmək;

* Satış planını yerinə yetirmək və aylıq hesabatlar təqdim etmək;

* Bazar araşdırması aparmaq və yeni satış imkanlarını müəyyən etmək.

Tələblər

* *Mütləq beynəlxalq logistika sahəsində iş təcrübəsi (xüsusilə Çin istiqaməti üstünlükdür);*

* Freight forwarding və ya logistika şirkətində satış təcrübəsi;

* Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı;

* İngilis dili biliyi üstünlük hesab olunur;

* MS Office proqramlarında işləmək bacarığı;

* Danışıqlar aparmaq və satış bağlamaq bacarığı;

* Məsuliyyətli, çevik, nəticəyönümlü və komandada işləmə bacarığı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
600–600 ₼
Satış meneceri
Müraciət et