Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş barədə məlumat:
- Xarici və yerli əczaçılıq şirkətləri ilə kommersiya danışıqlarının aparılması və əməkdaşlığın inkişaf etdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi və potensial tərəfdaşların müəyyən edilməsi;
- Müqavilələrin hazırlanması və icrasına nəzarət;
- Yeni layihələrin idarə olunması və əlaqədar şöbələrlə koordinasiya;
İşin təsviri:
- Müştərilərin (dsitribütor və istehsalçı) axtarışı məlumat bazasının yenilənməsi və saxlanması
- Müştərilər (dsitribütor və istehsalçı) ilə danışıqların aparılması (elektron yazışma, telefon)
- Müqavilələr üzərində iş
- Kommersiya sifarişlərinin və logistika danışıqlarının idarə olunması
- Müştəri layihələrinin Qeydiyyat və Farmakonəzarət şöbələri ilə koordinasiyası
- Ehtiyac olduqda təşviqat materialının və dövriyyə ilə bağlı PPT prezentasiyalarının hazırlanması
- Gündəlik iş planını rəhbərliyə təqdim etmək
- Toplantılarda iştirak
Tələb olunan bacarıqlar:
- Ali tibbi, əczaçılıq və ya iqtisadi təhsil;
- Minimum 1 il iş təcrübəsi (biznes inkişafı və ya satış sahəsində üstünlükdür);
- Xarici bazarlarla iş təcrübəsi və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı (rus dili üstünlükdür);
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook, Internet) sərbəst işləmək bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarığı, təşəbbüskarlıq, nəticəyönümlü iş yanaşması.
İş şəraiti
- Əmək haqqı 1000 - 1500 Azn
- Ünvan: Bakı, Svetlana Məmmədova küç. 203C, Nəsimi metrosuna yaxın
- İş qrafiki: 09:00–18:00, (08:00-17:00;08:30-17:30) həftənin 5 iş günü
Şirkət haqqında
Makromed MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı, farmakonəzarət, lisenziyalaşdırma, GMP/GDP auditlərinə hazırlıq, əczaçılıq anbarlarının və klinikaların layihələndirilməsi üzrə xidmətlər göstərir. Makromed yerli və xarici əczaçılıq şirkətləri ilə əməkdaşlıq edir, beynəlxalq layihələrdə iştirak edir və fəaliyyətini davamlı şəkildə genişləndirir. Şirkətdə iş proseslərinin sistemli idarə olunması üçün daxili proqram təminatından istifadə edilir. Yeni əməkdaşlara bu proqram təminatı, daxili iş qaydaları və şirkətin fəaliyyət istiqamətləri üzrə praktiki təlim və dəstək göstərilir.
Makromed MMC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


