Vakansiya haqqında

Biznesin İnkişafı üzrə Menecer vəzifəsi haqqında

NexBirlik komandamıza Biznesin İnkişafı üzrə Menecer axtarır.

Bu vəzifədə əsas məqsəd şirkətin davamlı inkişaf strategiyasını dəstəkləmək, yeni biznes imkanlarını müəyyənləşdirmək, strateji tərəfdaşlıqlar qurmaq və uzunmüddətli korporativ inkişaf məqsədlərinə töhfə verməkdir.

Bu rolda siz şirkəti yerli və beynəlxalq tərəfdaşlar qarşısında peşəkar şəkildə təmsil edəcək, strateji əməkdaşlıqların qurulması və idarə olunmasına rəhbərlik edəcək, eyni zamanda müxtəlif şöbələrlə sıx əməkdaşlıq edərək yeni inkişaf təşəbbüslərinin həyata keçirilməsində aktiv rol oynayacaqsınız.

Əgər strateji düşüncə tərzinə, güclü ünsiyyət və danışıqlar aparmaq bacarığına maliksiniz, yeni biznes imkanlarının yaradılmasında maraqlısınız və nəticəyönümlü iş prinsipi ilə fəaliyyət göstərirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin inkişaf strategiyasına uyğun yeni biznes imkanlarını müəyyənləşdirmək və strateji tərəfdaşlıqlar qurmaq;
  • Dövlət qurumları, müəssisələr və digər tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaratmaq və inkişaf etdirmək;
  • Kommersiya danışıqları aparmaq, əməkdaşlıq müqavilələri, kommersiya təklifləri və digər biznes sənədlərini hazırlamaq;
  • Şirkəti görüşlərdə, konfranslarda, sərgilərdə, biznes forumlarında və digər peşəkar tədbirlərdə təmsil etmək;
  • Zərurət yarandıqda şirkətin rəsmi nümayəndəsi qismində tərəfdaşlar, media nümayəndələri və digər maraqlı tərəflərlə kommunikasiyanı həyata keçirmək;
  • Şirkətin məhsul və xidmətlərini tərəfdaşlara və müştərilərə peşəkar şəkildə təqdim etmək;
  • Bazarı, rəqibləri və sektor tendensiyalarını təhlil edərək yeni inkişaf istiqamətləri müəyyənləşdirmək;
  • Biznesin inkişafı layihələrinin planlaşdırılması, icrası və monitorinqi zamanı aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək;
  • Mövcud tərəfdaşlarla əməkdaşlığı genişləndirmək və yeni strateji tərəfdaşlıqlar formalaşdırmaq;
  • Şirkətin korporativ nüfuzunun və brend dəyərinin gücləndirilməsinə töhfə vermək.

Tələblər

  • Biznesin idarə edilməsi, Marketinq, İctimaiyyətlə Əlaqələr, Kommunikasiya və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Biznesin inkişafı, strateji tərəfdaşlıqlar, korporativ kommunikasiya və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Kommersiya düşüncəsi və biznes imkanlarını uğurlu layihələrə çevirmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
  • Dinamik iş mühitində eyni vaxtda bir neçə prosesi effektiv idarə etmək bacarığı;
  • Komanda ilə səmərəli əməkdaşlıq və maraqlı tərəflərlə peşəkar münasibətlər qurmaq bacarığı;
  • Azərbaycan dili – səlis; Rus və İngilis dillərini yüksək səviyyədə bilmək. Digər xarici dil bilikləri üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Strateji və analitik düşüncə;
  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Danışıqlar aparmaq və inandırmaq bacarığı;
  • Liderlik, təşəbbüskarlıq və məsuliyyət hissi;
  • Dəyişikliklərə çevik uyğunlaşmaq bacarığı;
  • Peşəkar etika və komanda ilə işləmək bacarığı.

Təklif edirik

📍 İş yeri: Azure Business Center, Bakı

🕘 İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

💰 Əməkhaqqı: 2,000 – 3,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir)

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini ilkin.israfilov@nexbirlik.com ünvanına göndərə bilərlər.

Mövzu (Subject): Biznesin İnkişafı üzrə Menecer

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq..

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyul 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

NexBirlik Innovation
Technology, Information and Internet · 11-50 · Bakı
NexBirlik Innovation — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

International BOKT
Manager · 3+ ilAğdaş
Maaş göstərilməyib

Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur

LeadershipTeam ManagementBusiness DevelopmentRisk Management+10
Müraciət etAsan müraciətAsan müraciət
International BOKT
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Region üzrə filialların idarə olunmasını və satış göstəricilərinin təhlilini həyata keçirir, liderlik bacarığı tələb olunur.

LeadershipTeam ManagementBusiness DevelopmentNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Region üzrə filialların idarə olunmasını və satış göstəricilərinin təhlilini həyata keçirir, liderlik bacarığı tələb olunur

LeadershipTeam ManagementBusiness DevelopmentNegotiation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Biznesin inkişafı üzrə menecer
Müraciət et