Business DevelopmentCommercial StrategyBusiness Model Development
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 iyul 2026
Dillər
English, Russian
Son tarix
10 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu tərəfdaşlarla ilkin ünsiyyəti qurmaq, kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin tamamlanmasına kimi olan bütün prosesləri icra etməkdir.
Öhdəliklər:
- Verilən qrafik və prioritet əsasında layihələri planlaşdırır, tərəfdaşlarla ilkin ünsiyyət qurur və bu prosesi koordinasiya edir.
- Yeni imkanların təhlil edir, layihələrə dair iqtisadi və bazar araşdırmasını aparır.
- Şirkətin mövcud biznesinin dəstək olunması və effektiv işgüzar ünsiyyəti saxlanılmasını təmin edir.
Məsuliyyət sahəsi:
- Biznesin inkişafı
- Biznes kommunikasiya
- Layihənin idarə olunması
- Müqavilələrin idarə olunması
Tələblər
Professional biliklər:
- Bazar araşdırması, maliyyə proqnozlaşdırması, müqavilə/kommersiya şərtləri, layihə və biznes idarəetməsi üzrə praktiki biliklər. Bu tələb CV-də bazar araşdırması, texniki-iqtisadi əsaslandırma, maliyyə proqnozu, müqavilə şərtlərinin müzakirəsi, tərəfdaş danışıqları və/və ya biznes layihələrinin koordinasiyası üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir.
- MS Office, xüsusilə Excel və PowerPoint proqramlarından istifadə, hesabat, təqdimat, maliyyə proqnozu və/və ya biznes-keyslərlə işləmək bacarığı.
- İngilis dili biliyi: B1 (intermediate) və daha yüksək səviyyə, Rus dili arzuolunandır.
Təhsil:
- Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, layihə idarəetməsi və ya əlaqəli sahə üzrə arzuolunandır).
İş təcrübəsi:
- Biznesin inkişafı, kommersiya layihələri, bazar araşdırması, tərəfdaşlıq, yeni satış kanalları, biznes portfelinin genişləndirilməsi və/və ya biznes layihələrinin idarə edilməsi üzrə ən azı 1 il iş təcrübəsi.
Professional bacarıq və kompetensiyalar:
- Biznes ünsiyyət
- Danışıq bacarıqları
- Zamanın idarə edilməsi
- Tədqiqat bacarıqları
- Analitik düşüncə
- Nəticə yönümlülük
- Proaktiv düşüncə
- Problem həll etmə
Şirkət haqqında
Sinteks Group of Companies
Retail · Baku
Sinteks — Azerbaijan's leading luxury and fashion retail group since 1996, operating brands such as Emporium, H&M, Mango, NEXT, Deichmann, OXXO, New Yorker, Terranova, Calliope and Le Pain Quotidien.
Sinteks Group of Companies — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Financial ModelingInvestment AnalysisRisk Analysis
Financial AnalysisFinancial ModelingInvestment Analysis
Financial ModelingFinancial AnalysisMarket Research

