Ticarət maliyyələşdirilməsi və faktorinq üzrə satış meneceri

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
12 avqust 2026

Vakansiya haqqında

Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.

Vəzifə haqqında

Rabitəbank Ticarət Maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu vəzifə üzrə əsas məqsəd beynəlxalq ticarət maliyyələşdirilməsi (Cross-Border Trade Finance) və Təchizat Zəncirinin Maliyyələşdirilməsi (Supply Chain Finance) məhsullarının satışını inkişaf etdirmək və yeni biznes imkanları yaratmaqdır.

Əsas vəzifələr
Korporativ və KOB müştərilərinə akkreditivlər (LC), bank zəmanətləri, faktorinq və digər ticarət maliyyələşdirilməsi məhsullarının, xüsusilə beynəlxalq əməliyyatlar üzrə satışını həyata keçirmək
Yeni müştərilər cəlb etmək, Bankın mövcud korporativ və KOB müştəri bazasında ticarət maliyyələşdirilməsi məhsullarının satışını genişləndirmək
Beynəlxalq əməliyyatlar və müxbir bankçılıq istiqamətində Maliyyə Təşkilatları komandası ilə sıx əməkdaşlıq etmək
Təchizat Zəncirinin Maliyyələşdirilməsi biznesinin əvvəlcə yerli, daha sonra isə beynəlxalq səviyyədə inkişafına töhfə vermək
Tələblər
Bank sektorunda ticarət maliyyələşdirilməsi, korporativ/KOB satışları və ya maliyyə təşkilatları istiqamətində minimum 2 il iş təcrübəsi
Güclü satış bacarığı
Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
Müştəri yönümlü, hədəflərlə işləməyi bacaran və nəticəyönümlü olmaq.

Biz nə təklif edirik?
Rəqabətli əməkhaqqı və bonus sistemi
Peşəkar inkişaf və təlim imkanları
Beynəlxalq layihələrdə iştirak imkanı
Dinamik və innovativ iş mühiti
Karyera yüksəlişi üçün geniş perspektivlər.

Şirkət haqqında

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Baku
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

"Su İnşaat" MMCBakıMiddle500–600 ₼7 gün əvvəl
Business DevelopmentClient Relationship ManagementCompetitive Analysis
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Ticarət maliyyələşdirilməsi və faktorinq üzrə satış meneceri
Müraciət et