Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

İşin qısa təsviri:

Satış üzrə mütəxəssis korporativ müştərilərlə effektiv əlaqə quraraq onların ehtiyaclarını müəyyən edir, uyğun məhsul təklif edir, satış prosesini idarə edir və mövcud müştəri portfelini inkişaf etdirərək satış həcminin artırılmasını təmin edir.

Əsas vəzifə və öhdəliklər:
Korporativ müştərilərdən daxil olan sənədləri qəbul etmək və fəaliyyətlərini araşdırmaq;
Korporativ satış üzrə alqı-satqı müqavilələrini hazırlamaq;
Müştərilərdən günlük, aylıq və illik sifarişləri qəbul etmək;
Daxil olan sifarişləri ümumiləşdirərək istehsalat planlaması üçün hesabatlar hazırlamaq;
Müştəriləri məhsullar, qiymət və keyfiyyət barədə məlumatlandırmaq;
Məhsulların anbardan yüklənməsi üçün müvafiq sənədləri tərtib etmək;
Yüklənən məhsulların sifarişlərə uyğunluğunu təmin etmək;
Gündəlik satış məlumatlarını SAP sisteminə daxil etmək;
Gündəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq və analiz etmək;
Debitor və kreditor borclar üzrə hesabatlar hazırlamaq;
Armatur satış bazarı üzrə məlumatları analiz etmək və yerində yoxlamalar aparmaq.

Tələblər

Ali təhsil (İqtisadiyyat və ya uyğun sahə üzrə);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır);
Güclü satış və ünsiyyət bacarıqları;
Analitik düşünmə və hesabat hazırlama bacarığı;
SAP və ya digər ERP sistemlərində işləmək təcrübəsi üstünlükdür.

Şirkət haqqında

Baku Steel Company
Baku

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur. Daim öz fəaliyyət dairəsini genişləndirən şirkət hal-hazırda iki ədəd Elektrik qövs sobası, üç yayma xəttinə sahib olmaqla polad istehsalına görə illik istehsal gücünü 1000000 tona (bir milyon tona) çatdırmışdır. 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan BSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, şveller, katanka(məftil), künclük, ikitavr, kvadrat və dəmir çubuq, habelə çeşidli fiqurlu tökmələr istehsal edir. İstehsalatı maksimum şəkildə avtomatlaşdıran Şirkət bununla həm insan faktorundan yarana biləcək qəzaların qarşısını alır, həm istehsalatı sürətləndirir, həm də tam keyfiyyətli məhsulların istehsalını təmin edir.

Baku Steel Company — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satış mütəxəssisi
Müraciət et