Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni VİP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;
  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;
  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob lemlərin həllinə sonadək dəstək olmaq;
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan və rus dilini səlis bilənə (ingilis dili arzu olunandır);
  • Bank təcrübəsinə (mütləqdir);
  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Şirkət haqqında

ABB
Banking · Baku

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

ABB — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
VIP müştərilərlə iş üzrə müştəri meneceri
Müraciət et