Korporativ müştəri portfelini idarə edir və inkişaf etdirir, maliyyə analizində təcrübə tələb olunur.
Vakansiya haqqında
Korporativ bankçılıq komandamıza müştəri portfelinin idarə edilməsi və inkişafı üzrə peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsində, kredit proseslərinin idarə olunmasında, satış imkanlarının artırılmasında və portfel üzrə risklərin effektiv idarə edilməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
- Korporativ müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, mövcud müştərilərlə biznes əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi;
- Müştəri sorğularının operativ cavablandırılması, yüksək xidmət səviyyəsinin təmin edilməsi və müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
- Müştərilərin maliyyə vəziyyətinin periodik monitorinqi və təhlili, maliyyə məlumatlarının ilkin təhlilinin aparılması;
- Müştərilərin bank məhsullarından istifadəsinin artırılması (cross-sell və up-sell), yeni korporativ müştərilər üzrə potensial bazarın araşdırılması və satış strategiyasının hazırlanması və icrası;
- Kredit tələblərinin formalaşdırılması, sənədlərin toplanmasına dəstək və kredit analitikləri ilə koordinasiyalı şəkildə kredit təhlilinə nəzarət;
- Kredit Komitəsi üçün materialların hazırlanması və təqdim edilməsi, komitə iclaslarında kredit şərtlərinin əsaslandırılması və qərarların qəbulunu dəstəkləmək üçün müzakirələrdə aktiv iştirak;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və risklərin erkən aşkarlanması;
- Müştərilər və Bankın daxili bölmələri arasında effektiv kommunikasiyanın təmin edilməsi;
- Kredit şərtlərinin, tariflərin və xidmət paketlərinin razılaşdırılması, müqavilələr və bank sənədlərinin hazırlanmasına nəzarət;
- Kredit şərtlərinə və maliyyə əməliyyatlarına uyğunluğun təmin edilməsi;
- Portfel üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- CRM və bank sistemlərində məlumatların düzgün və vaxtında yenilənməsi.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Otel satışlarını artırmaq üçün korporativ müştəri bazasını idarə edir və genişləndirir.
Maliyyə və hesabat işlərini idarə edir, maliyyə planlaşdırma və risk idarəetməsi bacarığı tələb olunur.
Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir

