Vakansiya haqqında

Glorium Travel Group korporativ müştərilərlə işləmək, yeni şirkətlər cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq üçün Korporativ satış meneceri axtarır.

Namizədin əsas vəzifəsi potensial korporativ müştərilərin müəyyən edilməsi, şirkətlərin aidiyyəti şəxsləri ilə əlaqələrin qurulması, görüşlərin təşkil edilməsi və Glorium Travel Group-un korporativ turizm xidmətlərinin təqdim olunmasıdır.

Biz təklif edirik:

  1. Rəsmi əmək müqaviləsi;
  2. Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
  3. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  4. Böyük və tanınmış şirkətlərlə işləmək imkanı;
  5. Dinamik və inkişaf edən iş mühiti.

Bu vəzifədə əsas göstərici sadəcə zənglərin sayı deyil, yeni korporativ müştərilərin cəlb olunması, görüşlərin keçirilməsi və real əməkdaşlıq müqavilələrinin bağlanmasıdır

Vəzifə öhdəlikləri

  1. Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi;
  2. Şirkətlərin satınalma, HR, inzibati və digər məsul şəxsləri ilə əlaqə yaradılması;
  3. Telefon, e-mail, LinkedIn və digər kanallar vasitəsilə potensial müştərilərlə ilkin əlaqənin qurulması;
  4. Korporativ müştərilərlə görüşlərin təyin edilməsi və keçirilməsi;
  5. Şirkətin aviabilet, otel, transfer, işgüzar səfərlər, tur paketləri və digər turizm xidmətlərinin təqdim edilməsi;
  6. Müştərinin ehtiyaclarının müəyyən olunması və uyğun kommersiya təklifinin hazırlanması;
  7. Qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
  8. Müqavilələrin hazırlanması və imzalanmasına qədər satış prosesinin idarə olunması;
  9. Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
  10. Satış planı və KPI-ların yerinə yetirilməsi;
  11. Görülən işlər və nəticələr üzrə rəhbərliyə hesabat təqdim olunması.

Tələblər

  1. B2B və ya korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür;
  2. Yeni müştərilərin aktiv axtarışı və satış bacarığı;
  3. Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  4. Nəticəyönümlü və məsuliyyətli olmaq;
  5. Azərbaycan dilində sərbəst danışıq;
  6. Rus və ingilis dillərini bilmək üstünlükdür;
  7. MS Office proqramlarından istifadə bacarığı;
  8. Turizm sektorunda iş təcrübəsi üstünlük hesab olunur, lakin mütləq tələb deyil.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
600–5 000 ₼
Yerləşdirilib
24 avqust 2026
Dillər
Azerbaijani, Russian, English

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Anjeer
Manager · 3+ ilBakı
1 200–1 500

Korporativ müştərilərlə işləyir, yeni müştəri bazası yaradır və satışları idarə edir, 3 il təcrübə tələb olunur.

B2B SalesCorporate client managementCold CallingPresentation+7
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

B2B satışda yeni müştərilər cəlb edir və satış prosesini idarə edir, güclü kommunikasiya bacarığı tələb olunur.

B2B SalesNegotiationMarket AnalysisCommunication+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
600–5 000 ₼
Korporativ satış meneceri
Müraciət et