Yerləşmə
Bakı
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 300 ₼
Yerləşdirilib
18 iyun 2026

Vakansiya haqqında

“Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.

İş şərtləri:

İş rejimi: 5 günlük (I-V günlər saat 09:00 dan–18:00 dək

Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).

Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.

Peşəkar təlimlər və inkişaf imkanları.

Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.

Vəzifə öhdəlikləri

Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.

Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması.

Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması.

Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.

Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.

Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.

Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.

Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət.

Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.

Tələblər

Korporativ satış sahəsində minimum 1–3 il təcrübə.

Güclü ünsiyyət və təqdimat bacarıqları.

Analitik düşüncə və problem həll etmə qabiliyyəti.

Satış texnikaları və danışıqlar aparma bacarığı.

Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
700–1 300 ₼
Korporativ satış meneceri
Müraciət et