Korporativ satış strategiyasını hazırlayır və iri layihələr üzrə satış imkanlarını araşdırır.
Vakansiya haqqında
“Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır.
İş şərtləri:
İş rejimi: 5 günlük (I-V günlər saat 09:00 dan–18:00 dək
Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya).
Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə.
Peşəkar təlimlər və inkişaf imkanları.
Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir.
Vəzifə öhdəlikləri
Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi.
Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması.
Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması.
Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması.
Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi.
Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi.
Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması.
Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət.
Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi.
Tələblər
Korporativ satış sahəsində minimum 1–3 il təcrübə.
Güclü ünsiyyət və təqdimat bacarıqları.
Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
Satış texnikaları və danışıqlar aparma bacarığı.
Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ satış meneceri üzrə bazar adətən 750–1 200 ₼ ödəyir, median — 900 ₼.
38 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
“Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Məhsulların korporativ təqdimatını və satışını həyata keçirir, CRM proqramını bilir.
Korporativ müştərilərlə işləyir, satış və biznes inkişafı üzrə bacarıqlara malikdir.
Korporativ müştərilərlə işləyir, yeni satışlar yaradır və güclü kommunikasiya bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





