Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
18 iyul 2026

Vakansiya haqqında

SalArchi Group – Azərbaycanda korporativ satış üzrə ilk ixtisaslaşmış konsaltinq şirkətidir.

Bizneslərə satış strategiyası, diaqnostika, sistem qurulması və outsource satış xidmətləri təqdim edirik.

Komandamıza satışda peşəkarlıq və nəticəyə fokus göstərən xanım Korporativ Satış Meneceri axtarırıq.

İş şəraiti

  • İş günləri və saatı: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
  • Əmək haqqı: Fix + satışdan %

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin aktiv axtarışı və ilkin əlaqənin qurulması
  • Potensial müştərilərlə görüşlərin təşkili
  • Şirkətin xidmət paketləri üzrə təqdimatların keçirilməsi
  • Müştəri ehtiyaclarının analizi və uyğun həllərin təklifi
  • Satış planına uyğun hədəflərin icrası və nəticələrin çatdırılması
  • Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əlaqələrin qurulması

Namizədə tələblər:

  • Ali təhsil
  • Minimum 3 il B2B və ya korporativ satış təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müzakirə və razılaşma aparmaq bacarığı
  • Nəticə yönümlü və təşəbbüskar yanaşma
  • Azərbaycan dili sərbəst, rus dili üstünlükdür

Təklif etdiklərimiz:

  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi
  • Satış peşəsinə dəyər verilən mühit
  • Komanda dəstəyi və inkişaf yönümlü yanaşma
  • Real nəticə qazandıran korporativ layihələrdə iştirak
  • Satış sahəsində təlim və mentor dəstəyi

E-mail mövzusunda “Korporativ Satış Meneceri” yazmağınız kifayətdir.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ satış meneceri
Müraciət et