Customer Relationship ManagementBusiness DevelopmentSales Strategy
Yerləşmə
Azərbaycan
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 200 ₼
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İşə götürən: Sapphire Hotels Group
İş yeri: Sapphire Bayıl Hotel
Vəzifə öhdəlikləri:
- Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması;
- Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması;
- Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması;
- Satış hesabatlarının hazırlanması və bazar təhlilində iştirak;
- Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması.
Namizədə tələblər:
- Qonaqpərvərlik sahəsində korporativ satış təcrübəsi;
- Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq;
- Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi;
- MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı.
İş şəraiti:
- İş rejimi 5 günlük;
- İş saatları: 09:00-18:00;
- Vəzifə üzrə əmək haqqı: 1000-1200 AZN.
Təminatlar:
- Şirkət tərəfindən nahar təminatı;
- Xidməti telefon və mobil nömrə.
Müraciət qaydası: CV-nizi mövzu hissədə “Korporativ Satış üzrə Məsul Şəxs” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqqında
Sapphire Hotels Group
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Customer Relationship ManagementPortfolio ManagementCustomer Acquisition
Pharmaceutical SalesCustomer Relationship ManagementMarket Research
Market ResearchCustomer Relationship ManagementLeadership



