Müştərilərlə görüşərək kredit ehtiyaclarını qiymətləndirir və satışını həyata keçirir
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Satış üzrə sorğuların analizi və qiymət təklifinin hazırlanması
- Müəssisənin Keyfiyyət şöbəsi ilə birgə kabel çeşidlərinin analizi və müştəri istəyinə uyğun markalanmaların dəqiqləşdirilməsi
- Müəssisənin İstehsal departamentinə sorğu verilməsi və istehsal olunan məhsulun maya dəyərinin dəqiqləşdirilməsi
- Müştərilərlə yaranmış problemlərin araşdırılması və həllinə çalışmaq
- Aylıq hesabatların rəhbərliyə təqdim edilməsi
Təhsil tələbləri:
- Bakalavr (energetika və ya mühəndislik üzrə ali təhsil arzuolunandır)
Staja dair tələb:
- Satış və ya bənzər sahədə ən azı 1illik iş təcrübəsi
İxtisas səriştələri:
- Effektiv ünsiyyət
- Satış bilikləri
- Təqdimetmə
- Operativlik
- Dəqiqlik
Kompüter biliklərinə dair tələblər:
- MS Office
- Outlook
- ERP
Dil bilikləri:
- Səlis Azərbaycan dili, İngilis dili biliyi isə üstünlükdür.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: fiks 600 AZN və aylıq bonuslar
- İş yeri N. Nərimanov rayonu Ə.Rəcəbli 156A ünvanında yerləşir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış əməliyyatçısı” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Şirkət haqqında
Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable MMC”, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biridir.
Caspian Cable Systems — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsulların satışını həyata keçirir, müştəri ziyarətləri edir və satışda ən az 2 il təcrübəsi var.
Mühasib mal və xidmətlərin qaimələrinin yoxlanılması və uçotunun aparılması üçün 1C proqramında işləmə bacarığı tələb olunur.
Mərkəzin inzibati işlərini əlaqələndirir və yüksək təşkilatçılıq bacarığı tələb olunur



