Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
• Müştərilərə bankın məhsul və xidmətləri üzrə yüksək səviyyəli xidmət göstərmək və satış prosesini həyata keçirmək;
• Hesablar, ödəniş kartları, depozit və kredit məhsulları üzrə əməliyyatların qəbulunu və rəsmiləşdirilməsini təmin etmək;
• Müştərilərdən daxil olan müraciət və sorğuları cavablandırmaq, müvafiq məsləhətlər vermək;
• Bankın məhsul, xidmət, kampaniya və yenilikləri barədə müştəriləri məlumatlandırmaq;
• Müvafiq normativ tələblərə və daxili prosedurlara uyğun olaraq əməliyyatları icra etmək;
• Vəzifə öhdəliklərindən irəli gələn digər işləri yerinə yetirmək.
Tələblər
• Ali təhsil;
• Bank sahəsində satış istiqamətində minimum 1 il təcrübə üstünlükdür;
• Azərbaycan dilini sərbəst bilmək (xarici dil biliyi arzuolunandır);
• Kompüter proqramlarında işləmək bacarığı (Microsoft Office);
• Vahid komandada işləmək qabiliyyəti;
• Analitik düşüncə, təşəbbüskarlıq və satış bacarığı;
• Müştəriyönümlülük və güclü ünsiyyət bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli 234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Bankın səhmdarları: AR Əmlak Məsələləri Dövlət Komitəsi.......... 75% “Ziraat Bank” .......................................................... 12.4% “AzRe Reinsurance” ............................................ 6.5% “Qala Heyat” .......................................................... 5% “Ziraat Bank International” .............................. 1.1% Mükafatlandırma siyasəti Mükafatlandırma sistemi bankın korporativ idarəetmə mexanizminin ən mühüm komponentlərindən biridir və əsaslandığı əsas prinsiplərdən biri əməkdaşların effektivliyinin və entuziazmının yüksəldilməsidir
ATB Bank — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


