Müştərilərə kənd təsərrüfatı texnikaları satır və satışda ən az 1 il təcrübəsi tələb olunur
Vakansiya haqqında
DHL Express Azerbaijan-dən vakansiya: Kommersiya Dəstəyi Mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Veb-sayt, müştəri xidmətləri və e-mail vasitəsilə daxil olan kommersiya sorğularını qəbul etmək və potensial müştərilərlə əlaqə saxlamaq;
- Yeni müştərilərin aktiv axtarışı və biznes imkanlarının yaradılması;
- Müştərilərin idxal və ixrac ehtiyaclarını müəyyən edərək uyğun DHL Express həllərini təqdim etmək;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim olunması prosesində iştirak etmək;
- Müqavilələrin bağlanması prosesini koordinasiya etmək və kommersiya dövriyyəsinə nəzarət etmək;
- Debitor borcları ilə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləmək və müştərilərlə əlaqəni təmin etmək;
- Marketinq fəaliyyətlərinin təşkili və təhlili (sosial şəbəkələr, promo SMS kampaniyaları və s.).
Namizədlərə tələblər:
- Təhsil: Ali təhsil (hüquq sahəsi üzrə təhsil üstünlükdür);
- İş təcrübəsi: Telesatış, müştəri xidmətləri və ya biznesin inkişafı sahəsində təcrübə arzuolunandır;
- Müqavilələrin idarə edilməsi və sənəd dövriyyəsi üzrə təcrübə üstünlükdür;
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət;
- İngilis dili biliyi — minimum orta səviyyə;
- Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Güclü ünsiyyət, satış və danışıqlar aparmaq bacarığı;
- Təşəbbüskarlıq və nəticəyönümlü yanaşma.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştərilərə kənd təsərrüfatı texnikaları haqqında məlumat verir və satış aparır, 1 il təcrübə tələb olunur.
Müştərilərlə əlaqə saxlayaraq satış prosesini idarə etmək üçün yüksək ünsiyyətqurma qabiliyyəti tələb olunur.
Korporativ müştərilərlə əlaqələr qurmaq və satış imkanlarını araşdırmaq üçün korporativ satışda 2 il təcrübə tələb olunur.



