Yerli və xarici şirkətlərlə əlaqə qurur, satış və tədbir təşkilatı bacarığı tələb olunur
İşəgötürən bu vakansiyanı birbaşa HRX-də yerləşdirib
Vakansiya haqqında
DEVABİ platformasının mağazalar arasında tanıdılması, potensial mağazaların müəyyən edilməsi və yeni tərəfdaşların platformaya cəlb olunması üçün Satış Təqdimat Meneceri axtarılır.
Vəzifə öhdəlikləri
- Potensial tərəfdaş ola biləcək mağazaları müəyyən etmək və yeni mağazalarla əlaqə yaratmaq;
- Mağazalara yerində səfərlər həyata keçirmək, mağaza rəhbərlərinə və məsul şəxslərə DEVABİ platformasının məqsədini, üstünlüklərini və funksiyalarını təqdim etmək;
- Potensial mağaza tərəfdaşları ilə danışıqlar aparmaq və onları DEVABİ platformasından istifadəyə cəlb etmək;
- DEVABİ panelinin mağazada uyğun iş cihazına quraşdırılmasını, qeydiyyatını və aktivləşdirilməsini təmin etmək;
- Mağazada məsul əməkdaşa paneldən istifadə qaydalarını izah etmək, ilkin praktiki təlim və dəstək göstərmək;
- Platformaya qoşulmuş mağazaların paneldən faktiki istifadə vəziyyətini izləmək və mağaza əməkdaşları ilə davamlı əlaqə saxlamaq;
- Mağazalara aylıq kampaniyalar və platformadakı yeniliklər barədə məlumat vermək;
- Hər bir mağaza üzrə aylıq satış dövriyyəsini izləmək, dəyişiklikləri təhlil etmək və rəhbərliyə məlumat təqdim etmək;
- Mağazalara edilən səfərlərin, görüşlərin, təqdimatların və yeni qoşulan tərəfdaşların uçotunu aparmaq;
- Həftəlik və aylıq satış hədəflərinin icrasını təmin etmək və nəticələr barədə İcraçı Direktora hesabat vermək.
Tələblər
- Ali təhsil tələb olunur;
- Satış, müştəri xidməti və ya sahə işi üzrə təcrübə arzuolunandır; Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Mağazalara səfər etməyə və sahədə aktiv işləməyə hazır olmaq;
- Kompüterdən və MS Office proqramlarından istifadə bacarığı;
- Panelin quraşdırılması və istifadəsinin izahı üçün zəruri ilkin texniki bacarıqlar; Məsuliyyətli, nəticəyönümlü, operativ və komandada işləmək bacarığı.
İş barədə məlumat
- Nahar şirkət tərəfindən qarşılanır.
- Korporativ nömrə şirkət tərəfindən qarşılanır.
- İş görüşmələri ilə bağlı nəqliyyat xərci şirkət tərəfindən qarşılanır.
- İş saatı: 09:00–18:00;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 675 ₼.
32 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaMüraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Müştəriləri qarşılayır, məhsullar barədə məlumat verir və rəhbərin tapşırıqlarını icra edir.
Üzv şirkətlərlə əlaqə qurur, satış və tədbirlərin təşkili üzrə 1 il təcrübəsi tələb olunur.
Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.



