Satış sənədləşməsi və müştəri əlaqələrini idarə etmək üçün MS Excel bacarığı tələb olunur.
Vakansiya haqqında
Grinco MMC korporativ satış proseslərinin operativ və sistemli şəkildə idarə olunması üçün Satış üzrə koordinator vəzifəsinə məsuliyyətli, çevik və nəticəyönümlü əməkdaş axtarır.
Bu vəzifənin əsas məqsədi daxil olan müştəri sorğularının qeydiyyatı, kommersiya təkliflərinin hazırlanması, satış prosesinin izlənilməsi və sifarişlərin vaxtında icrası üçün şirkətdaxili koordinasiyanın təmin edilməsidir.
Vəzifə öhdəlikləri
- Mövcud və potensial korporativ müştərilərdən daxil olan sorğuların qəbul edilməsi və qeydiyyata alınması;
- Müştəri tələblərinin dəqiqləşdirilməsi;
- Qiymət və kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- Göndərilmiş təkliflərin izlənilməsi və müştərilərdən geri dönüşlərin alınması;
- Aktiv sorğu, təklif və sifarişlərin statuslarının daim nəzarətdə saxlanılması;
- Təchizat, xarici satınalma, anbar, logistika və maliyyə şöbələri ilə koordinasiyanın aparılması;
- Məhsullar üzrə qiymət, stok, çatdırılma müddəti və texniki məlumatların toplanması;
- Təsdiqlənmiş sifarişlərin sifariş mərhələsindən təhvil-təslimədək izlənilməsi;
- Müştərilərlə telefon və e-mail vasitəsilə peşəkar işgüzar ünsiyyətin aparılması;
- Müqavilə, sifariş, hesab, akt və digər satış sənədlərinin hazırlanmasına dəstək;
- Müştəri və satış məlumatlarının CRM/ERP sistemində yenilənməsi;
- Cavabsız və gecikən sorğuların vaxtında müəyyən edilməsi və izlənilməsi;
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək göstərilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Satış, satış dəstəyi, korporativ satış və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Excel, Word və Outlook proqramlarında işləmə bacarığı;
- CRM və ERP sistemlərində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür;
- Kommersiya təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
- Eyni zamanda bir neçə sorğu və tapşırığı idarə etmək bacarığı;
- Yüksək məsuliyyət, operativlik və təşkilatçılıq;
- Güclü kommunikasiya və koordinasiya bacarığı;
- Nəticəyönümlü və təşəbbüskar olmaq.
Bizim üçün ideal namizəd
- Sorğunu sadəcə digər şöbəyə ötürən deyil, prosesi sonadək izləyən, müştərini cavabsız saxlamayan, gecikmələri vaxtında müəyyən edən və hər bir satış imkanının nəticəsini nəzarətdə saxlayan əməkdaş.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel Hotel-in yanı
- İş qrafiki: Bazar ertəsi – Cümə, həftədə 5 gün
- İş saatı: 08:30 – 17:30
- Əmək haqqı: 600 AZN NET + satış nəticələrinə əsaslanan bonus
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə koordinator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış koordinatoru üzrə bazar adətən 600–800 ₼ ödəyir, median — 650 ₼.
35 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış koordinatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq fəaliyyətini davam etdirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Xətai rayonu, Nobel Hotel-in yanındadır.
İş qrafiki bazar ertəsindən cüməyədək, saat 08:30-dan 17:30-dəkdir.
Əmək haqqı 600 AZN NET və satış nəticələrinə əsaslanan bonus təklif olunur.
MS Excel, Word, Outlook proqramlarında işləmə, CRM və ERP sistemlərində iş təcrübəsi üstünlükdür.
Azərbaycan dili yüksək səviyyədə, rus dili isə üstünlükdür.
CV-lər e-mailin mövzu hissəsində “Satış üzrə koordinator” qeyd edilməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Onlayn satış əməliyyatlarını idarə edir və ən azı 1 il satış təcrübəsi tələb olunur.
Üzv şirkətlərlə əlaqə qurur, satış və tədbirlərin təşkili üzrə 1 il təcrübəsi tələb olunur.
Generatorların satışı və koordinasiyası üzrə işləyir, güclü satış və Microsoft Office bacarığı tələb olunur




