B2B SalesCustomer Relationship ManagementMarket Analysis
Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
İş haqqında məlumat
- Inomarka komandasına ABŞ avtomobil bazarı üzrə təcrübəli, satış bacarıqları yüksək və müştəriyönümlü Amerikadan Avtomobillərin Satış Meneceri axtarır.
Bu vəzifənin əsas məqsədi ABŞ avtomobil hərraclarından müştərilərin tələblərinə uyğun avtomobillərin seçilməsi, satış prosesinin peşəkar şəkildə idarə olunması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsidir.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil seçimində peşəkar məsləhət vermək;
- ABŞ avtomobil hərraclarında (Copart, IAAI, Manheim və s.) avtomobillərin axtarışı və seçilməsi;
- Avtomobillərin tarixçəsinin, texniki vəziyyətinin və bazar dəyərinin təhlil edilməsi;
- Müştərilərlə danışıqların aparılması və satış prosesinin idarə olunması;
- Sifarişdən avtomobilin təhvilinə qədər bütün mərhələlərin koordinasiya olunması;
- Müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə uzunmüddətli münasibətlərin qurulması;
- Satış planlarının icrası və aylıq satış hədəflərinə nail olunması;
- ABŞ avtomobil bazarında qiymət dəyişiklikləri və bazar tendensiyalarının izlənilməsi;
- CRM sistemində müştəri məlumatlarının və satış prosesinin düzgün idarə olunması.
- Gündəlik olaraq müxtəlif sosial şəbəkələrdə canlı yayım açaraq şirkətin xidmətlərinin təklif edilməsi
İş şəraiti:
- Əməkhaqqı: Razılaşma yolu ilə + satış nəticələrinə əsasən əlavə bonus;
- İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və ya bazar günləri dəyişkən qrafiklə
- İş yeri: Ofis Ağ Şəhərdə yerləşir
Biz nə təklif edirik
- Azərbaycanın aparıcı avtomobil şirkətlərindən birində işləmək imkanı;
- Güclü və peşəkar komanda ilə çalışma imkanı;
- Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
- Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
- Müasir iş mühiti və rahat ofis şəraiti.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sales ManagementTeam LeadershipReal Estate Sales
Sales ManagementB2B SalesNegotiation
Sales ManagementCustomer Relationship ManagementMarket Analysis



