Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Satış Təmsilçisi (3 nəfər)

VANTEXİS MMC tikinti və memarlıq sahəsi üçün yüksək keyfiyyətli materialların xarici ölkələrdən birbaşa idxalını həyata keçirən, yeni şirkətdir. Komandamızı genişləndirmək məqsədilə, satış sahəsində aktiv, hədəfyönlü və nəticəyə köklənmiş satış mütəxəssisləri axtarırıq.

​Öhdəliklər:

  • ​Potensial müştərilərlə (memarlar, tikinti şirkətləri, podratçılar) birbaşa əlaqələrin qurulması.
  • ​Şirkətin idxal etdiyi məhsulların texniki xüsusiyyətlərini müştərilərə düzgün təqdim etmək.
  • ​Satış hədəflərinə çatmaq üçün aktiv danışıqların aparılması və müqavilələrin bağlanması.
  • ​Müştəri bazasının genişləndirilməsi və davamlı münasibətlərin formalaşdırılması.

​Namizədə tələblər:

  • ​Satış sahəsində təcrübə (tikinti materialları üzrə təcrübə üstünlükdür).
  • ​Yüksək danışıq, inandırma və təqdimat bacarığı.
  • ​Məsuliyyətli, punktual və dinamik iş mühitinə uyğunlaşma qabiliyyəti.

Biz nə təklif edirik?

  • ​İdxalçı şirkətdə peşəkar karyera imkanı.
  • ​Rəqabətədavamlı əmək haqqı + yüksək satış faizi (bonuslar).
  • ​Dinamik və peşəkar kollektivdə iş.

İş şəraiti

  • Ünvan: Ağ Şəhər Ofis binası
  • İş günləri: həftədə 5 gün, 6-7-istirahət
  • İş saatları: 09:00-18:00

​Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu hissəsində vakansiyanın adını qeyd etməlidirlər.

Şirkət haqqında

Vantexis
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya

VANTEXIS olaraq, tikinti materiallarının idxalı və brokerlik sahəsində bazara yeni və sistemli bir yanaşma gətiririk

Vantexis — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Satış Təmsilçisi
Müraciət et