Otellərlə birbaşa əlaqələr qurur, müqavilələr bağlayır və danışıqlar aparır, 2 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə haqqında
- Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların araşdırılması;
- Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması;
- Strateji əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası;
- Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
- Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması;
- Bazarın və sektor üzrə tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi;
- Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Rus dilini sərbəst bilmək;
- İngilis dilini bilmək (B2 səviyyə minimum);
- Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı;
- Təqdimat və hesabatların hazırlanması bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
Üstünlüklər
- Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş təcrübəsi;
- Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin həyata keçirilməsi təcrübəsi;
- Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb danışıqların aparılması bacarığı.
Əməkhaqqı 3400 Azn
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Əməkhaqqı 3400 AZN-dir.
Rus dili sərbəst, İngilis dili isə minimum B2 səviyyəsində tələb olunur.
Yüksək səviyyədə kommunikasiya, danışıqlar aparmaq, analitik düşüncə və MS Office proqramları ilə işləmək bacarıqları tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərəfdaşlıq üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Partnyorlarla iş proseslərini idarə edir və danışıqlar aparmaq bacarığı tələb olunur.
Partnyor şəbəkəsinin inkişafı və kampaniyaların təşkili üzrə işləri həyata keçirir, analitik bacarıq tələb olunur.
Tərəfdaşlarla əməkdaşlıq qurur, satış proqnozları hazırlayır və bazar araşdırması aparır.


