Çin avtomobillərinin sifarişi və satışında müştəriyə konsultasiya və satış aparır, 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Avtomobil idxalı və satışı ilə məşğul olan şirkətimiz komandamıza avtomobil sektorunda təcrübəsi olan, xüsusilə Çin avtomobillərinin sifarişi və komplektasiyaları üzrə məlumatlı mütəxəssis axtarır.
Namizədə tələblər:
- Avtomobil sektorunda minimum 1 il iş təcrübəsi;
- Çin avtomobil markaları və modelləri haqqında yaxşı məlumat;
- Çin avtomobillərinin sifariş prosesi, komplektasiyaları və model fərqləri barədə anlayış;
- Müştəri ilə düzgün ünsiyyət və avtomobili peşəkar şəkildə təqdim etmək bacarığı;
- Satış yönümlü, aktiv və məsuliyyətli olmaq;
- Müştərinin ehtiyacını düzgün müəyyən edib uyğun avtomobil təklif edə bilmək;
- Komandada işləmək və nəticəyə fokuslanmaq.
İş öhdəlikləri:
- Müştərilərə Çin avtomobilləri və mövcud modellər haqqında məlumat vermək;
- Sifariş əsasında gətirilən avtomobillərlə bağlı müştərilərə konsultasiya etmək;
- Model, komplektasiya, rəng və digər seçimlər üzrə düzgün yönləndirmə aparmaq;
- Müştəri sorğularını izləmək və satış prosesini müqaviləyədək çatdırmaq;
- Avtomobil bazarındakı yeni modelləri və yenilikləri izləmək.
İş şəraiti:
- İş saatı: 10:00 – 19:00
- Əmək haqqı: razılaşma əsasında
- Əlavə satış bonusları
- Stabil və inkişaf edən avtomobil şirkətində iş imkanı
Avtomobil sahəsini sevən, Çin avtomobillərini yaxşı tanıyan və bu istiqamətdə inkişaf etmək istəyən namizədlərin müraciətlərini gözləyirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.
Əlaqə +994103100506
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Məhsulların satışını həyata keçirir və güclü ünsiyyət bacarığı tələb olunur
Gözəllik məhsullarının satışını həyata keçirir və satış bacarığı tələb olunur
Mebel və elektronika satışında müştərilərə məhsul təqdimatı və satış aparır, 1-2 il təcrübə tələb olunur.

