Vakansiya haqqında

Korporativ İT Satış Meneceri / B2B IT Sales Manager

“Yeni Texnologiyalar” MMC komandamıza korporativ İT satışları istiqamətində təcrübəli və nəticəyönümlü İT Satış Meneceri axtarır.

💰 Əməkhaqqı: 1200–2000 AZN + satış nəticələrinə əsasən bonuslar

Maaş namizədin İT sahəsində bilikləri, satış təcrübəsi və kompetensiyalarına əsasən müəyyən ediləcək.

Vəzifə öhdəlikləri
  • Korporativ müştərilərə İT məhsul və həllərinin B2B satışı;
  • Yeni potensial müştərilərin müəyyən edilməsi və cəlb olunması;
  • Mövcud müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin inkişaf etdirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun İT həllərinin təklif olunması;
  • Müştərilərlə görüş və təqdimatların keçirilməsi;
  • Kommersiya və qiymət təkliflərinin hazırlanması;
  • Tender, kotirovka və korporativ satınalma sorğularının satış tərəfdən idarə olunması;
  • İT avadanlıqları üzrə texniki tələblərin ilkin təhlili və uyğun məhsulların seçilməsi;
  • Distribütor və vendorlarla məhsul, qiymət və mövcudluq üzrə kommunikasiya;
  • Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə olunması;
  • Satış planlarının və müəyyən edilmiş KPI-ların yerinə yetirilməsi;
  • Müştəri bazasının və satış imkanlarının CRM sistemində idarə olunması;
  • Bazarın, rəqiblərin və yeni İT həllərinin izlənilməsi.
Namizədə tələblər
  • B2B və ya korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • İT satışlarında təcrübə ciddi üstünlükdür;
  • Kompüter, noutbuk, printer, server, şəbəkə avadanlıqları və digər İT məhsulları haqqında ümumi bilik;
  • İT məhsullarının texniki xüsusiyyətlərini anlamaq və müştəri tələbinə uyğun məhsul seçmək bacarığı;
  • Kommersiya təklifləri hazırlamaq və qiymətlərlə işləmək bacarığı;
  • Güclü satış, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Yeni müştəri cəlb etmək və satış imkanlarını nəticəyə çevirmək bacarığı;
  • Korporativ yazışma və işgüzar kommunikasiya bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan dili – sərbəst;
  • Rus dili biliyi arzuolunandır;
  • İngilis dili – texniki sənədləri anlama səviyyəsində üstünlükdür;
  • Aktiv, təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq.
Üstünlük veriləcək namizədlər
  • İT avadanlıqları və sistem inteqrasiyası sahəsində satış təcrübəsi olan;
  • Korporativ və dövlət sektorunda müştərilərlə işləyən;
  • Tender və satınalma prosesləri ilə tanış olan;
  • Vendor və distribütorlarla işləmək təcrübəsi olan;
  • Mövcud korporativ müştəri əlaqələrinə malik olan namizədlər.

📩 CV: [email protected]

📱 WhatsApp: +994 50 408 77 87

Müraciət zamanı mövzu hissəsində “İT Satış Meneceri” qeyd edilməsi xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Nizami Street 196
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Baxış
17

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 800–1 350 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

55 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki satış mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

NewTech
Retail · 2-10 · Baku
NewTech — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

HAS
Senior · 5+ ilBakı
1 000₼

Yeni B2B müştəriləri aktiv axtarır və satış prosesini müstəqil idarə edir.

B2B SalesNegotiationClient Relationship ManagementCustomer Acquisition+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BESTİNG MMC
Middle · 3–5 ilBakı
2 000–3 500₼

HoReCa seqmentində satışları artırmaq və müştəri əlaqələrini idarə etmək bacarığı tələb olunur.

Market ResearchNegotiationPresentationCustomer Relationship Management+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
IT satış meneceri
Müraciət et