Vakansiya haqqında

İşin təsviri:

  • Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri seqmentində İT məhsul və xidmətlərinin satışını həyata keçirmək.
  • Satış prosesinin bütün mərhələlərini – ehtiyacların müəyyənləşdirilməsi, təklifin hazırlanması, təqdimat, danışıqlar və müqavilə bağlanması – effektiv şəkildə idarə etmək.
  • Müştərilərlə davamlı biznes əlaqələri qurmaq, əlaqələri gücləndirmək və uzunmüddətli əməkdaşlığı təmin etmək.
  • İT avadanlıqları üzrə texniki və kommersiya təkliflərini hazırlamaq.
  • Müştəri tələbləri əsasında məhsul və xidmət təqdimatlarını (prezentasiyaları) hazırlamaq və təqdim etmək.
  • Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi.
  • Gəlir planlarının, satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
  • Satış məlumatlarını təhlil etmək, bazar və rəqib analizlərini aparmaq, satış strategiyalarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • Satış əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə daxili prosesləri optimallaşdırmaq və CRM sistemində məlumatların dəqiqliyinə nəzarət etmək.
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Rəhbərlik, texniki əməliyyatlara dair struktur bölmə və müştərilər arasında görüş və konfransların təşkili, protokolların və yekun sənədlərin hazırlanması.

Namizəddən nə tələb olunur:

  • Ali təhsil.
  • İT satış sahəsində azı 3 illik iş təcrübəsi.
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı.
  • Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır).
  • 1C və CRM proqram təminatlarında işləmə bacarığı.
  • Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı.
  • Analitik düşüncə tərzi, yüksək ünsiyyət və təqdimat bacarığı.

Namizəd bilməlidir:

  • Cəmiyyət və dövlət qurumları ilə korporativ satış istiqamətində əməkdaşlıq prinsipləri və tərəfdaşlıq əlaqələrinin qurulması qaydaları.
  • Korporativ yazışma standartları, biznes ünsiyyət etikası və peşəkar etiket qaydaları.
  • Konfidensial və kommersiya xarakterli məlumatların qorunması və məxfilik siyasəti prinsipləri.
  • İşgüzar görüşlər, danışıqlar və tədbirlər üzrə iş protokollarının tərtib edilmə qaydaları.
  • Tədbir və görüşlər zamanı məlumat, sənəd və materialların iştirakçılara düzgün və vaxtında ötürülməsi prosedurları.
  • Görüş və danışıqların təşkili üçün inzibati, təşkilati və texniki tədbirlərin planlaşdırılması və icrası.
  • Dövlət orqanları və üçüncü tərəf təşkilatlarında şirkətin təmsilçilik prinsipləri və qarşılıqlı fəaliyyət qaydaları.
  • Biznes sənədlərinin tərtibi, qeydiyyatı, icrası və arxivləşmə qaydaları.
  • Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin icrasına nəzarət mexanizmləri.
  • CRM və verilənlər bazaları ilə işləmə bacarıqları.

Əlavə məlumat:

  • İş vaxtı: Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri)
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.
  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Ziya Bünyadov küçəsi 86B, 4-cü mərtəbə, Bakı,
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
25 oktyabr 2026
Baxış
22

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 800–1 350 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

55 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Texniki satış mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Bakinity Distribution MMC
İnformasiya və kommunikasiya · Baku
Bakinity Distribution MMC — bütün vakansiyalar

“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş həftədə 5 gün, 09:00-dan 18:00-dəkdir. Şənbə və bazar istirahət günləridir.

İş yeri Bakı şəhərindədir.

İT satış sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.

Microsoft Office, 1C və CRM proqram təminatları ilə işləmə bacarığı tələb olunur.

Azərbaycan və rus dillərində sərbəst danışmaq, oxumaq və yazmaq bacarığı tələb olunur, ingilis dili arzuolunandır.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Texniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

BESTİNG MMC
Middle · 3–5 ilBakı
2 000–3 500₼

HoReCa seqmentində satışları artırmaq və müştəri əlaqələrini idarə etmək bacarığı tələb olunur.

Market ResearchNegotiationPresentationCustomer Relationship Management+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Ikma Machinery
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Ağır texnika üzrə satış strategiyasını hazırlayır və icra edir, ən azı 2 il təcrübəsi var.

Sales Strategy DevelopmentMarket ResearchContract NegotiationB2B Sales+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
600–3 500₼

Məhsulların təqdimatı və satışı ilə məşğul olur, müştəri əlaqələrini idarə edir.

Customer Relationship ManagementProduct PresentationSalesOrder Processing+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ satış üzrə baş mütəxəssis
Müraciət et