Daxili logistika üzrə satış xidmətlərini idarə edir və müştəri əlaqələrini inkişaf etdirir.
Vakansiya haqqında
Doğtaş Mebel komandamıza minimum 3 il satış təcrübəsi olan, müştərilərlə peşəkar ünsiyyət quran, satışı nəticələndirməyi bacaran və yüksək satış göstəriciləri ilə fərqlənən Satış üzrə Baş Mütəxəssis axtarırıq.
- Yüksək sabit əmək haqqı və satış nəticələrinə uyğun bonus sistemi.
- Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işə qəbul.
- Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahət.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Müraciət qaydası
Vacib qeyd: Vakansiya satış sahəsində minimum 3 il praktiki təcrübəsi olan namizədlər üçündür.
Təcrübəsiz namizədlərin müraciət etməməsi xahiş olunur.
Vəzifə öhdəlikləri
- Mebel məhsullarının peşəkar təqdimatını və satışını həyata keçirmək.
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsullar təklif etmək və satışın nəticələnməsini təmin etmək.
- Satış prosesini və sifarişləri sonadək izləmək, müştəri məmnuniyyətini qorumaq.
- Satış hədəflərinin yerinə yetirilməsinə və ümumi satış nəticələrinin artırılmasına töhfə vermək.
- Bilik və təcrübəsini komanda yoldaşları ilə bölüşmək, satış heyətinin komanda şəklində işləməsinə dəstək olmaq.
- Mağazanın vizual standartlarına və daxili iş qaydalarına riayət etmək.
Tələblər
- Yaş: 25–40 yaş
- Təhsil: Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində minimum 3 il real iş təcrübəsi.
- Mebel satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Yüksək təqdimat, inandırma və satışı nəticələndirmə bacarığı.
- Təmiz, aydın, səlis danışıq və yüksək ünsiyyət mədəniyyəti.
- Rus dilində sərbəst danışıq xüsusi üstünlükdür. İngilis dili biliyi arzuolunandır.
- AutoCAD, PCon.planner və oxşar dizayn proqramları üzrə bilikləri olan namizədlərə üstünlük verilir.
- Baxımlı, səliqəli və peşəkar görünüş.
- Kompüterdən sərbəst istifadə və Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı.
- Yüksək satış potensialı, nəticəyönümlülük və qısa müddətdə nəticə göstərmək bacarığı.
- Məsuliyyətli, təşəbbüskar, intizamlı və karyera yönümlü olmaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Texniki satış mütəxəssisi üzrə bazar adətən 800–1 000 ₼ ödəyir, median — 950 ₼.
54 açıq vakansiya, 17 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Texniki satış mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahətdir.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işə qəbul edilir.
Yaş həddi 25–40 yaş arasıdır.
Ali və ya orta ixtisas təhsili tələb olunur.
Namizəd elektron poçt vasitəsilə müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTexniki satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilərlə işgüzar əlaqələri inkişaf etdirir və satış proseslərini idarə edir
Traktor və kənd təsərrüfatı texnikalarının satışını idarə etmək və müştəri bazası yaratmaq tələb olunur
Yeni korporativ müştərilər cəlb edir, texniki həllər təklif edir və satış hədəflərini yerinə yetirir.




