Həkim və əczaçılarla görüşür, məhsulları təqdim edir, satış hədəflərini yerinə yetirir.
Vakansiya haqqında
Vəzifəyə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
- Yemlərin qida dəyərinin hesablanması və qiymətləndirilməsi (protein, enerji, mineral və vitamin balansı);
- Müasir yemləmə texnologiyaları üzrə biliklər (TMR, mərhələli yemləmə və s.);
- Heyvandarlıq binalarının texniki tələbləri və mikroiqlim normaları barədə biliklər;
- Sağım, yem paylama və digər mexanikləşdirilmiş avadanlıqların iş prinsiplərini bilmək;
- Heyvandarlıqda məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və qiymətləndirilməsi;
- Uçot və hesabat proqramları, o cümlədən Excel və ferma idarəetmə proqramları ilə işləmək bacarığı;
- Biotəhlükəsizlik və sanitariya standartları üzrə biliklər;
- Zootexnika və heyvandarlığın əsasları üzrə biliklər;
- Heyvanların anatomiyası və fiziologiyası üzrə biliklər;
- Yemçilik və yem istehsalı üzrə biliklər;
- Seçmə və seleksiya nəzəriyyəsinin əsasları;
- Genetika və damazlıq işinin əsasları;
- Zoogigiyena və heyvan rifahı prinsipləri üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Heyvanların bəslənməsi, saxlanması və çoxaldılması proseslərinin təşkili və idarə edilməsi;
- Yem rasionlarının hazırlanması, balanslaşdırılması və onların icrasına nəzarət;
- Süd, ət, yumurta, yun və digər məhsuldarlıq göstəricilərinin artırılması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi;
- Damazlıq işlərinin təşkili, seleksiya proseslərinin aparılması və heyvanların genetik keyfiyyətinin yaxşılaşdırılması;
- Baytarlıq xidməti ilə əməkdaşlıq çərçivəsində xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
- Heyvanların yaş qruplarına, fizioloji vəziyyətinə və məhsuldarlıq istiqamətinə uyğun qruplaşdırılmasının təşkili;
- İstehsalat normativlərinə, zoogigiyenik tələblərə və heyvanların saxlanma standartlarına riayət olunmasına nəzarət;
- Zootexniki göstəricilər üzrə statistik uçotun aparılması, məlumatların təhlili və hesabatların hazırlanması;
- Zootexniklərin və ferma işçilərinin fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması, rəhbərlik və təlimatlandırmanın həyata keçirilməsi;
- Yeni texnologiyaların, müasir zootexniki yanaşmaların və innovativ metodların istehsalat proseslərinə tətbiqinin təmin edilməsi.
İş yeri:
Biləsuvar rayonu.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Biləsuvar rayonundadır.
Ən azı 3 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel və ferma idarəetmə proqramları bilməlisiniz.
Ali təhsil tələb olunur.
Heyvanların anatomiyası, fiziologiyası, zootexnika, genetika və damazlıq işləri üzrə biliklər tələb olunur.
Heyvanların bəslənməsi, saxlanması, çoxaldılması, yem rasionlarının hazırlanması və damazlıq işlərinin təşkili kimi vəzifələr yerinə yetirəcək.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş zootexnik üzrə Bakıda digər açıq elanlar.
Kosmetoloji və tibbi cihazların satışını həyata keçirir, satış və müştəri əlaqələri bacarığı tələb olunur.
Həkimlərlə görüşlər keçirir, məhsulların təqdimatını edir və satışları artırır, təqdimat bacarığı tələb olunur.
Pivə istehsalının bütün mərhələlərini idarə edir və texnoloji nəzarət aparır.


